Ələkbər Qafil () — Azərbaycan şairi. Şamaxıda "Beytüs-Səfa" ədəbi məclisinin üzvü. Həyatı Ələkbər Qafil 1828-ci il dekabrın 4-də Şamaxıda anadan olub. Təhsilini doğma şəhərindəki mədrəsədə almışdır. Bacarıqlı şair kimi tanınan Ələkbər Qafil o dövrün Şamaxı ədəbi mühitində məşhur olan Beytüs-səfa ədəbiyyat çevrəsinin üzvü olmuşdur. Bu ədəbiyyat çevrəsinə Seyid Əzim Şirvani də daxil olmaqla, o dövrün bölgədəki məşhur şairləri daxil olmuşdur. Qafil həyatının sonuna qədər Şamaxıda yaşamış və 22 aprel 1892-ci ildə elə burada da vəfat etmişdir. Həmçinin bax Beytüs-səfa Qafar Rağib İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər