thumb|right|300px|Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mənzil qərargahı, Ankara. thumb|V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat.

Haqqında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı — Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.

Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.

Bir sıra türk xalqları (tatarlar, başqırdlar, çuvaşlar və b.) Rusiya Federasiyası tərkibində qalmaqla milli-ərazi muxtariyyəti hüquqlarını xeyli genişləndirdilər. Bu isə, öz növbəsində türk dövlət qurumları arasında daha sıx ədəbi-mədəni, elmi, iqtisadi əlaqələrin yaradılması zərurətini irəli sürdü. Yaranmış yeni əlverişli şərait eyni kökdən olan müştərək türk mədəniyyəti və incəsənətinin vahid təşkilatının yaranmasına səbəb oldu. Həmin təşkilat bu gün də uğurla fəaliyyət göstərən beynəlxalq TÜRKSOY təşkilatıdır — Türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq təşkilat olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini qazanmış Türk dövlətlərinin regional inteqrasiya məsələləri aktual xarakter almışdır. Müasir dövrümüzdə müstəqil Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, yəni beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər. Osmanlı dövləti dağıldıqdan sonra öz müstəqilliyini qoruyub saxlaya bilən, uzun müddət dünya xəritəsində yeganə Türk dövləti olaraq mövcud olan Türkiyə Cümhuriyyətinin regional inteqrasiyanın təşəbbüskarı kimi çıxış etməsi gözlənilən bir addım idi. Yeni müstəqillik qazanmış Türk dövlətləri də istər iqtisadi, istərsə də siyasi baxımdan Qərb institutlarına uğurla inteqrasiya etmiş Türkiyənin təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Bu mənada TÜRKSOY kimi təşkilatın fəaliyyəti diqqətə layiqdir.

Tarixi Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmışdır. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdür. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmişdir.

TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Qazaxıstan Respublikasının keçmiş paytaxtı Almatı şəhərində imzalanmışdır. Təşkilatın Nizamnaməsinə görə, o, türkdilli dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində iştirak edirlər.

Sonralar TÜRKSOY haqqında Müqaviləyə müşahidəçi ölkələr simasında Başqırdıstan, Tatarıstan respublikaları, Şimali Kipr Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauziya respublikaları da qoşulmuşlar. Buna baxmayaraq, bu üzvlər də əsas üzvlər kimi eyni hüquqa və səlahiyyətə malikdilər. Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə 8 müşahidəçi ölkə də əsas 6 üzvlər kimi eyni səsvermə hüququna malikdirlər.

TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlmişdir ki, bu təşkilatı yaradan ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın idi və bəzi xalqların hətta dinləri də eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında türkdilli xalqların əsasən din deyil, dil prinsiplərinə üstünlük verilmişdir. TÜRKSOY təşkilatı türkdilli ölkələrin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində regional birliyini həyata keçirir.

Strukturu TÜRKSOY-un üzv ölkələri onun fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır. Təşkilatın qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin Daimi Şurasının toplantısında təsdiq olunur. Toplantılararası müddətdə təşkilata nazirlər sırasından seçilmiş Baş direktor rəhbərlik edir. Baş direktorun aparatında işçi qrupundan əlavə hər ölkədən bir nümayəndə fəaliyyət göstərir. TÜRKSOY-un Baş direktorluğu Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşir; rəsmi dili türk dilidir.

1993-cü ilin ikinci yarısından sonra Azərbaycan dövləti tərəfindən TÜRKSOY-un fəaliyyətinə diqqətin artması tezliklə bu təşkilatın işində Azərbaycan Respublikasının rolunu xeyli gücləndirdi. Azərbaycan nümayəndələrinin təşkiletmə işində fəal iştirakı təşkilatın fəaliyyətinin məqsədyönlü qurulmasında getdikcə daha çox özünü göstərirdi. Əgər TÜRKSOYun yarandığı ilk vaxtlarda təşkilatın fəaliyyətində əsas ağırlıq mərkəzi Türkiyə Cümhuriyyətinin üzərinə düşürdüsə, 1994–1995-ci illərdən başlayaraq vəziyyət nisbətən bərabərləşdi, yəni, ağırlıq mərkəzi həm də digər türk respublikalarının, xüsusən də Azərbaycanın üzərinə düşdü.

Doğrudur, TÜRKSOY-un hələ II toplantısı (30 noyabr – 2 dekabr, 1992) Bakıda keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə yönəldilən mühüm qərarlar qəbul etmişdi. 1996-cı il noyabrın 6–7-də Bakıda türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri ilə əlaqədar üç mühüm tədbirin (TÜRKSOY-un VIII toplantısı, türk dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirləri) keçirilməsi artıq onu sübut edirdi ki, Azərbaycan türk dünyasının liderlərindən birinə çevrilməkdədir. Bu baxımdan Azərbaycan mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüskarlığı və işgüzarlığı daha çox diqqəti cəlb edirdi. Elə bu keyfiyyətlərin və üstəlik də onun təşkilatçılığının nəticəsi idi ki, artıq TÜRKSOY-un V toplantısında (28 may −3 iyun 1994-cü il, Bişkek, ÇolpanAta) Polad Bülbüloğlu təşkilatın Baş direktoru seçildi.

2003–2004-cü illər Qazaxıstanın mədəniyyət naziri, 2005-ci ildən Qazaxıstan Respublikasının BMT-də mədəni-sosial məsələlər üzrə təmsilçisi Baş direktor olub.

Düsen Korabay oğlu Kaseinov 28 may 2008-ci ildə TÜRKSOY-un Daimi Şurası tərəfindən TÜRKSOY-un başqanı seçilib. Baş direktor TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir.

Təşkilat struktur etibarilə iki komitəyə bölünüb: Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə, inzibati və hüquqi təmsilçilər üzrə Komitə. Baş direktor TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir

Keçirilən tədbirlər Ümumi razılığa əsasən 1993-cü ilin yanvarın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un Baş Direktorluğunun açılışı oldu. Hələ təşkilat tam formalaşmamış Türk dünyası üçün ələmətdar olan bir çox müştərək tədbirlər keçirildi. Məsələn, 1993-cü ilin yanvarında Türkiyədə dahi Azərbaycan bəstəkarı və drijoru Niyazinin xatirə gecəsi oldu. İyunun 7 və 11-də Ankarada türk yazıçılarının qurultayının keçirilməsi Türk dünyası ədəbi mühitinin formalaşması baxımından əhəmiyyətlidir.

Türksoyun təşkilatlanması prosesi Nazirlər Şurasının 1993-cü il iyulun 9 və 12-də Almaatıda keçirilən III iclası ilə başa çatdı. Bu tədbirdə "Türksoyun yaranması və formalaşması prinsipləri haqqında müqavilə" imzalandı. Beləliklə, türkdilli ölkələrin birgə təşəbbüsü və qarşılıqlı səyi nəticəsində mədəniyyət və incəsənət sahələrini əhatə edən inteqrasiyanın əsası qoyuldu.

1993-cü ilin avqustunda Türkmənistanın paytaxtı Aşqabad şəhərində TÜRKSOY Aşıq Pir Aydının xatirəsinə həsr olunmuş I beynəlxalq festivalda iştirak etdi.

Aşık Aydın Alinin şerlərində Alevi- Bektaşi inanç və gələnəkləri ön planda olmuş, Allah, Muhammet, Hz. Ali, 12 İmamlar, Hacı Bektaşi Vəli və Ali Rıza Ulusoya sevgi, saygı və ürəktən bağlılığı sıx- sıx vurgulanmaktadır. 1993-cü il oktyabr ayında Almatıda türkdilli ölkələrin xalq tətbiqi incəsənət nümunələrinin birinci sərgisi keçirildi. TÜRKSOY fəaliyyəti dövründə müxtəlif ənənələrin, mədəniyyət tədbirlərinin əsasını qoymuşdur. 1994-cü ilin 21–23 martında Türkiyədə geniş miqyasda qeyd olunan Novruz bayramı böyük maraqla qarşılandı və hər ilin martında müntəzəm olaraq keçirilməkdədir.

1994-cü ilin 27–28 mayında Kiprdə keçirilməyə başlayan türkdilli ölkələrin Opera günü bu qəbildən olan ənənələr arasına daxildir.

YUNESKO-nun xətti ilə gerçəkləşən dahi Azərbaycan şairi Füzulinin 500 illik yubileyi TÜRKSOY-un təşəbbüsü ilə bütün Türk Dünyasında təntənəli şəkildə qeyd olundu. Məhəmməd Füzulinin yubiley şənliklərinə məhz Türkiyədə başlanılması da Türk dünyası mədəniyyət və incəsənət xadimləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi zərurətinin tamamilə dərk olunması nəticəsi oldu və gözəl səmərə verdi.

Dahi mütəfəkkir, türk dünyasının və onun ayrılmaz hissəsi olan Azərbaycanın bütün bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması bütün türkdilli ölkələrin və xalqların əsl bayramına çevrildi. Qeyd edək ki, Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda deyil, həm də Türkiyədə, Rusiyada, İraqda, İranda, Dağıstanda, Parisdə – YUNESKO-nun baş qərargahında keçirilmiş, bütün dünyada Azərbaycanın şöhrətini daha yüksəklərə qaldırmış, türk xalqlarının əlaqələrinin gücləndirilməsi işinə layiqli xidmət göstərmişdi. Dahi söz ustadının 1996-cı il noyabrın 8–9-da Bakıda keçirilmiş yubiley şənliklərinin yekunu isə türk ölkələri və xalqları birliyinin parlaq nümayişinə çevrilmişdi. Çünki bu yubiley təntənələrində demək olar ki, bütün türk ölkələri və xalqlarının nümayəndələri iştirak etmişdilər. Təntənəli yubiley iclasına dünyanın bir çox ölkələrindən nümayəndələr gəlmiş, 7 türk ölkəsinin (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Xakasiya) nümayəndələri böyük Füzuli sənəti, Azərbaycan xalqı haqqında geniş məruzələrlə çıxış edərək ürək sözlərinin söyləmişdilər. Bu tədbir bir daha sübut etmişdi ki, eyni kökdən olan türk xalqları arasında yeni şəraitdə ədəbi-mədəni əlaqələrin gücləndirilməsində belə görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması olduqca böyük əhəmiyyətə malikdir.