Bakı kondisionerləri qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı Məişət Kondisionerləri Zavodunun tikintisinə və açılışına həsr olunmuşdur.

Məzmun Doqquzuncu beşillikdə ölkənin həyatında müəyyən dəyişikliklər oldu, xeyli tikintilər istifadəyə verildi. Onlardan biri də Bakı Məişət Kondisionerləri Zavodu idi. Film həmin zavodun tikintisinə və açılışına həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 175

Filmin üzərində işləyənlər Ssenari müəllifi: A. Nikolski Rejissor: İsmayıl Xəlilov Operator: Şərif Şərifov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1975-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri