Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur.

Məzmun Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 126

İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır.

Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.

Kinolentdə böyük ustad Füzulinin Kərbəladakı türbəsi və Azərbaycan şairi İmadəddin Nəsiminin İraqın Hələb şəhərindəki qəbri göstərilmişdir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cəmil Əlibəyov, Əhmədağa Qurbanov Rejissor: Yalçın Əfəndiyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Əziz Əzizov

İstinadlar

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 268.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1970-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri