Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd və ya latınlaşdırılmış variantı ilə Averroes (; ) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Qurtuba şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.
Fəlsəfəsi
thumb|right|250px|Rafaelin Afina məktəbi freskasında İbn Rüşd
Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır.Korlaelçi Murtaza. İbn Rüşdə göre din-felsefe ilişkisi // Felsefe dünyası dergisi, 1994, № 11, s. 11.
Dinlə fəlsəfənin uyğunlaşdırılması İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir.Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 237. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir".İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 115. Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.. İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998–2009, XX, 259. Problemlə əlaqədar qələmə aldığı "Fəsl əl-məqal və təqrir fi ma beynə əş-şəriət və əl-hikmə min əl-ittisal" (Şəriətin (dinin) və hikmət (fəlsəfə) arasında əlaqənin müəyyənləşdirilməsinə dair son söz)" adlı kitabda fəlsəfə ilə məşğul olmağa dinin necə münasibət bəslədiyini araşdırır.
İbn Rüşdə görə, fəlsəfənin məqsədi varlıqlar haqqında mühakimə yürütmək, onları Allahın mövcudluğunun dəlilləri kimi öyrənməkdir.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64. İbn Rüşd problemi bu cür qoyur: əgər fəlsəfənin məqsədi Allahın mövcudluğunu sübut etməkdirsə, onda din fəlsəfə ilə məşğul olmağa icazə verirmi? Onun bu problemlə əlaqədar qələmə aldığı və yuxarıda adını çəkdiyimiz kitab aşağıdakı sualın verilməsi ilə başlanır: "Doğrusu, deyəcəyimiz sözlərin məqsədi fəlsəfə və məntiqlə məşğul olmanın şəriət baxımından icazəli olub-olmadığını yoxlamaqdır". Dinin də varlıqları öyrəndiyini deyən filosof fəlsəfə ilə məşğul olmanın dinə görə vacib və ya caiz (icazəli) olduğunu bildirir.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 63–64 O, Quran ayələrinə istinad etməklə iddiasını isbatlamaq fikrindədir; "əl-Həşr" surəsindəki "e`tibar" (ibrət almaq, qiymətləndirmək), "əl-Ə`raf" və "əl-Casiyə" surələrindəki "nəzər" (baxmaq, görmək, düşünmək, dərk etmək, mühakimə etmək) sözlərinin rasional mühakimə məfhumunu ifadə etdiyiniİbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64–65. göstərən filosof bildirirdi ki, din ya ağıl, ya da həm ağıl, həm də vəhyi bilik vasitəsilə varlıqları dərkə çağırır. Bu isə öz növbəsində məntiqi analogiya ilə lazımi biliyin kəsbinə zəmin hazırlayır.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 5. Filosofun qənaətinə görə, varlıqlar haqqında məlumat əqli üsullarla öz təsdiqini tapanda Allaha dair biliklər çoxalır. İbn Rüşd varlıqlar haqqında bilikləri Allaha dair bliklərlə bu şəkildə əlaqələndirməklə fəlsəfənin din tərəfindən təsdiqlənməsinə dair əsaslı arqument təqdim etmiş olurdu. Bu, "dərk olunan vasitəsilə dərk olunmayanların aşkara çıxarılması" ideyasının özü idi. İbn Rüşd məntiqi analogiyanı bu ideyanın əsas elementi olaraq göstərmişdir.Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 239.
Beləliklə o, analogiya əsaslı fəlsəfənin dində təsdiqini axtarır. Həmçinin İbn Rüşd məntiqi analogiya metodunu şəriətə görə əsaslandırmaq haqqında düşünür və bildirir ki, din insanları düşünməyə çağırdığı üçün varlıq aləminin məntiqi analogiya üsulu ilə dərki bir zərurətdir. Bu səbəbdən analogiyanın ən bitkin formasına müraciət etmək lazım gəlir ki, buna da məntiq elmində "bürhan" deyilir. İbn Rüşd fiqhi qiyas və filosofların bürhan üsulunu Allahı dərkdə ekvivalent vasitələr kimi nəzərdən keçmiş və bildirmişdir ki, Qurandakı "təfəqqüh" sözünə istinadən fiqhi qiyasdan istifadə edən fəqihlər kimi, filosoflar da Qurandakı "etibar" sözünə söykənərək rasional qiyasa – bürhana müraciət edə bilərlər. O, məntiqi qiyasla fiqhi qiyas arasında müqayisə apararaq demişdi: "Heç kim əvvəllər yox idi deyə əqli qiyası bidət saya bilməz. Fiqhi qiyas və növləri də sonralar meydana çıxmışdır. Ancaq nədənsə heç kim onu bidət hesab etmir. Bu səbəbdən əqli qiyası da qəbul etmək lazımdır". Belə nəticəyə gəlirik ki, İbn Rüşdün yaradıcılığında fiqhi qiyasla fəlsəfi qiyas eyni məfh umlar olaraq nəzərdən keçirilmiş, fəlsəfə ilə məşğul olmağa din nöqteyi-nəzərindən haqq qazandırılmışdır.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 65–67.
Analogiyanın əhəmiyyəti haqqında Müsəlmanlar fəlsəfi qiyasdan (analogiya ilə hökm vermək) da istifadə etməlidirlər. Belə ki, əgər fəqih fiqhi qiyas əsasında lazımi nəticəyə gələ bilmirsə, filosofun da məntiqi qiyasla əlaqədar olaraq əvvəlki biliklərə müraciət etməsi təbii qəbul edilməlidir. Həmçinin İbn Rüşd biliklərin kəsilməzlik nəticəsində tamlıq kəsb etdiyini bildirməklə yunan filosoflarını müdafiə etmiş, fəlsəfi biliyə haqq qazandırmışdır. O iddia edirdi ki, biliklərin əldə edilməsi və təfəkkürün inkişafında kəsilməzlik əhəmiyyətli rol oynayır. Biliklərin tamlığı və obyektivliyi üçün əvvəlki nəsillərin irsinə müraciət etmək fərdi zəhmət əsasında (təkbaşına) bilik qazanmaqdan daha münasibdir. Elə isə əvvəlki nəsillərin həqiqətlə əlaqəli mədəni irsindən istifadə etmək lazımdır. Həqiqətə dair biliklərin öyrənilməsi və inkişaf etdirilməsinin zəruriliyinə toxunan İbn Rüşd bu səbəbdən həqiqəti axtaranların dini mənsubiyyətinin ikinci dərəcəli məsələ olduğunu deyərək, əsas diqqəti kəsb edilən biliklərin mühümlüyünə vermişdir. Bu yerdə o, qurbanlıq heyvanın kəsilməsində istifadə edilən kəsici alətin kimlər tərəfindən düzəldilməsinin şəriət nöqteyi-nəzərindən heç bir əhəmiyyət daşımadığını misal gətirərək, həqiqətə dair biliklərin (fəlsəfi biliklərin) qeyri-müsəlmanlar (yunanlar) tərəfindən "istehsal" olunmasında heç bir problemin olmadığını iddia etmişdir. Amma İbn Rüşd yunan filosoflarının yaradıcılığının bütövlükdə – kortəbii şəkildə mənimsənilməsinin tərəfdarı deyildir: "Əgər onların (yunan filosoflarının – M. E.) dediklərinin hamısı doğrudursa, bunları onlardan qəbul edərik. Yox, əgər dediklərində doğru olmayan şeylər varsa, onda diqqətli olarıq". Göründüyü kimi, İbn Rüşdün yaradıcılığında fəlsəfi bilik mütləq bilik olaraq nəzərdən keçirilmir; halbuki vəhyi bilik (Quran) həqiqəti bütövlükdə əks etdirir. Dinlə müqayisədə fəlsəfəyə nisbi status kəsb etdirən İbn Rüşd digər həmkarlarından, xüsusən Farabidən fərqlənmişdir.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 64–74.thumb|Colliget
Fəlsəfə tarixinə münasibət İbn Rüşdə görə, əvvəlki nəsillərin mədəni irsini araşdırmaq din nöqteyi-nəzərindən zəruridir.İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 72. Çünki din və fəlsəfənin məqsədi birdir: "Biz, müsəlmanlar qəti surətdə bilirik ki, bürhana (dəlil-sübuta) əsaslanan araşdırma şəriətin gətirdiyi təlimlərə zidd deyildir. Axı həqiqət həqiqətlə ziddiyyət təşkil etmir, əksinə, (bir-birinə) uyğun olub, biri digərinin mövcudluğunu göstərir" (72, 75); elə isə fəlsəfənin öyrənilməsini qadağan edən şəxs "…şəriətin xalqı Allahı dərk etməyə çağırdığı qapıdan insanları qaytarmış olur ki, bu da cəhalətin zirvəsi, Allahdan uzaqlaşmanın son həddidir." İbn Rüşd özünəməxsus bacarıqla fəlsəfəni müdafiə etsə də, yunan filosoflarının dinə münasibəti politeist səciyyə daşıyır, islam monoteizmi ilə üst-üstə düşmürdü. Buna baxmayaraq, o, bu məsələyə də dinin mövqeyi baxımından münasibət bildirmişdi; xarakterdəki çatışmazlıqlar, problemin səhv şəkildə araşdırılması, subyektiv ideyalar, yol göstərən ustadın – müəllimin olmamağı səbəbindən bir filosofun yanılması fəlsəfənin nöqsanlı bilik olmağından deyil, fərdi yanaşmalardakı qüsurlardan irəli gəlir. Deməli, nöqsan öyrəniləndə deyil, öyrənəndədir. Bu münasibətlə İbn Rüşd bal yemənin ishalı yaxşılaşdıracağını demiş Peyğəmbərin, balı yedikdən sonra qardaşındakı ishalın daha da ağırlaşdığını ona irad tutmuş şəxsə verdiyi cavabı misal gətirir: "Allah doğru buyurur, qardaşının qarnı isə yalan deyir". O, aşağıdakı məntiqi sualı verməklə iddiasını əsaslandırmağa cəhd göstərir: "…susuzluqdan yanan insanları soyuq su içərkən ölmüş şəxsə görə sudan məhrum etmək doğru hərəkətdirmi?"İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 72–73. Həmçinin İbn Rüşd göstərmişdir ki, səhvə yol vermiş bir fəqihə görə kimsə fiqh elmini nöqsanlı hesab etmir. Elə isə bir filosofun səhvi nəyə görə fəlsəfədəki nöqsan kimi təqdim edilməlidir?!
Həqiqət haqqında