Anadolu bəylikləri (, ) — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər.

Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Hülakülər dövlətinə tabe olmuşdular. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Hülakülərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdarlar – bəy olmuşdular. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də fəth etmişdilər. 1608-ci ildə onlar sonuncu bəyliyi ihlaq etmişdilər.

Bəyliklər dövründə Anadoluda elm, ədəbiyyat və incəsənət inkişaf etmişdir. Bu dövrdə Anadolu türklərinin etnosunun formalaşmasına töhfə verən türkcə əsərlər yaradılmışdır.

Adlandırma Kiçik Asiyada XI–XVI əsrlərdə mövcud olmuş kiçik dövlət birləşmələri Türkiyədə daha çox bəylik (bəy sözündən) adlandırılır. Bu adlandırma Azərbaycan akademiyasında da dominantdır (Ş. Mustafayev, E. Məmmədov, M. Ağayev və S. Əliyeva, A. Abıyev, Y. Gözəlova və S. Zeynalova). Rusiya tarixşünaslığında bu dövlətlər bəylik (K. Jukov, Y. Petrosyan, D. Yeremeyev və M. Meyer, S. Oreşkova), əmirlik (K. Jukov, D. Yeremeyev və M. Meyer, S. Oreşkova) və knyazlıq (D. Yeremeyev və M. Meyer, Y. Petrosyan, V. Qordlevski, R. Şükürov) adlanır. Bəyliklərə türk və ərəb dillərində "böyük bəy (ulu-bəy), bəy, məlik, əmir və sultan" kimi müxtəlif titullar daşıyan hökmdarlar başçılıq edirdi.

Bəyliklərin təşkili iki prinsipə – ərazi və tayfaya əsaslanırdı. Birləşmə prosesi tayfa başçısı və onun nəsli ətrafında baş tuturdu. Bu səbəbdən bəylik adları ərazi adı ilə deyil, nəslin adı ilə, məsələn, Osmanoğulları, Dilmaçoğulları, Sarıxanoğulları ( – "oğulları, övladları") adları ilə əlaqələndirilirdi.

Şərqi Anadolu türk bəylikləri İlk bəyliklər Anadoluda səlcuqların yürüşlərindən sonra, XI əsrin ikinci yarısından başlayaraq meydana gəlmişdir. 1071-ci ildə Malazgird döyüşündə Bizans imperatoru Roman Diogenin səlcuq sultanı Alp Arslan tərəfindən məğlub edilməsindən sonra oğuzların bir qolu olan səlcuq tayfaları Anadolunun böyük hissəsini ələ keçirmişdilər. Burada paytaxtı Nikeya (indiki Konya) olan Rum sultanlığı qurulmuşdur. Alp Arslanın sərkərdələri Bizans torpaqlarını ələ keçirərək, onların üzərində müstəqil və ya yarımmüstəqil bəyliklər yaratmışdılar. Adı Paytaxt Yaranma Süqut Mengücoğulları Ərzincan (1072–1243), Divriği (1142–1197) 1071 1277 Saltukoğulları Ərzurum 1071 1202 Çaka bəyliyi Smirna (İzmir)1081 1098 Çubuqoğulları Harput, Palu 1085 1112 Danişməndoğulları Sivas (1071–1174), Malatya (1142–1178) 1085 1175 Dilmaçoğulları Bitlis 1085 1192 İnaloğulları Nisanoğulları Diyarbəkir 1098 11421183 Ərmənşahlar bəyliyi (Sökmənlilər, Əhlətşahlar) Xlat (Əhlət) 1100 1207 Artuqoğulları Hasankeyf (1098–1232), Mardin (1102–1408), Harput (1185–1234) 1102 1409

Bəyliklər dövrü thumb|300px|1339-cu ildə Kiçik Asiyanın bəylikləri və digər dövlətləri:

Anadolu tarixində XIII əsrin axırlarından (təxminən 1270-ci illərdən) XV əsrin birinci yarısına (ortalarına) qədər olan dövr "bəyliklər dövrü" və ya "bəyliklər dönəmi" adlandırılmışdır.

Monqolların təzyiqi ilə Mərkəzi Asiyadan Anadoluya köç edən türk tayfaları Kiçik Asiyada türklərin ikinci köç dalğasını təşkil edirdi. 1229-cu ildə monqolların hücumlarına görə geri çəkilən sonuncu Xarəzmşah Cəlaləddin Mənguberdi Səlcuq dövlətinin Anadolu hüdudlarına yaxınlaşmışdı. 1230-cu ilin avqustunda sultan I Əlaəddin Keyqubad Cəlaləddinlə vuruşmuş və Yastıçəmən döyüşündə onu məğlub etmişdir. Cəlaləddin 1231-ci ildə vəfat etmişdir və onu yürüşdə iştirak edən qoşunlar Səlcuq dövlətinin xidmətinə girərək Anadoluya yerləşmişdilər. Səlcuq sultanları bunlardan bəzi sərkərdə və tayfa başçılarına idarə etmələri üçün sərhədyanı əraziləri, yəni ucları vermişdir. Səlcuq sultanları Anadoluya köçmüş müxtəlif tayfaları dövlətin qərb, şimal və cənub hissələrinə, yəni Bizans imperiyası və Kilikiya çarlığı ilə olan sərhədlərinə yerləşdirmişdir. Əgər sərkərdə Səlcuq sultanı üçün müəyyən ərazilər fəth etmişdisə, bu torpaqlar fatehə timar kimi verilirdi. Məsələn, Aydın, Sarıxan, Karəsi bəylikləri belə yaranmışdı. Bəzi torpaqlar xidmətə görə mükafat olaraq verilirdi. Belə ki, məsələn, Kastamonu Hüsaməddin Çobana, Sinop isə Pərvanə Münəddin Süleymana verilmişdir.

Sultan I Əlaəddin Keyqubadın 1237-ci ildə vəfat etməsindən sonra Səlcuq dövlətində onun ortancıl oğlu İzzəddin Qılınc Arslan ilə böyük oğlu Qiyasəddin Keyxosrov arasında hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlamışdır. Bu münaqişə dövründə Səadəddin Köpək kimi təcrübəli dövlət xadimlərinin çoxu həlak olmuşdur və bu, dövlət üçün böyük itki olmuşdur. Zəif və səriştəsiz bir hökmdar olan Qiyasəddin Keyxosrov gənc, təcrübəsiz şəxsləri əhəmiyyətli vəzifələrə təyin etməklə onları özünə daha da yaxınlaşdırsa da, beləliklə, dövlətin idarəetmə mexanizmini zəiflətmişdir. Bu, xalq üsyanlarına səbəb olmuşdur. Səlcuq dövlətinin zəiflədiyini görən monqollar bundan istifadə etmiş, 1243-cü ildə Hülakülər Kösedağ döyüşündə Rum sultanlığını məğlub edərək onları özlərinə tabe hala salmışdılar.

Nikeya imperiyası mövcud olduğu dövrdə onun şərq sərhədi istehkamlarla müdafiə olunurdu və hər qalaya bir arxont canişin təyin edilmişdi. 1261-ci ildə Konstantinopolun tutulması və paytaxtın Nikeyadan (indiki İznik) buraya köçürülməsi ilə Bizansın Asiya sərhədləri nəzarətdən çıxmağa başlamışdır. Qalalardakı canişinlər vəzifələrini davam etdirsələr də, mərkəzi hökumət artıq onlara təcili şəkildə yardım göndərə bilmirdi. Bizansın praktiki olaraq ordusu yox idi və muzdluların çağırışı olmadan özünü müdafiə edə bilmirdi. Odur ki, yunan canişinlər öz başlarına buraxılmışdı. Bizansla sərhəddə Səlcuq sultanlarından uc alan türkman bəyləri bundan istifadə edərək sərhədlərini genişləndirmişdilər. Mərkəzi Anadoluda bəyliklərin sayı az idi və burada səlcuq-monqol idarəsinin təsiri daha güclü olduğundan onlar öz mövcudiyyətlərini əsasən qısa müddət davam etdirə bilmişdilər.

Təxminən 1299–1300-cü illərdə Anadoluda yaranan siyasi vəziyyət nəticəsində formal suverenliyi saxlayan Rum sultanlığı daxili çəkişmələr səbəbilə zəifləmiş və öz uc bəylərini nəzarətdə saxlamağa gücü qalmamışdır. Türkman bəyləri yaranmış vəziyyətdən istifadə edərək tədricən müstəqilliklərini elan etmiş, bu zaman Anadolunun kiçik dövlətlərində hakimiyyətdə olan bir çox sülalələr azad olmuşdular. Buna baxmayaraq, tarixçi İsmayıl Uzunçarşılıya görə, Səlcuq dövlətinin suverenliyi tezliklə Hülakülər dövlətinin suverenliyi ilə əvəz olunmuşdur. Bəylər ucları idarə etməyə davam etmiş, lakin artıq Hülakülərin suverenliyi altında qalmışdılar. 1317-ci ildə Anadolu valisi Əmir Dəmirdaş Sulduz regiona gələndə buradakı bəylərin çoxu öz sədaqətlərini sübut etmək üçün onun yanına gəlmişdilər. Onlar monqollara hər il müəyyən qədər xərac verməli idilər və beləliklə, onlar Hülakülərin hökmranlığını tanımışdılar. Elxan Əbu Səid 1335-ci ildə vəfat etdikdən sonra bəyliklər monqollardan tam müstəqillik qazanmışdır.

Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları öz dövlətlərini genişləndirdikcə qonşu bəylikləri fəth və ilhaq etmişdir. Onlar ilk olaraq 1360-cı ildə Karəsioğulları bəyliyini, son olaraq isə 1608-ci ildə Ramazanoğulları bəyliyini fəth etmişdir. Adı Paytaxt Yaranma Süqut Çobanoğulları Kastamonu 1227 1309 Qaramanoğulları Karaman 1256 1483 Alanya bəyliyində hakimiyyətdə olan sülalənin qolu İnancoğulları Dənizli 1261 1368 Sahibataoğulları Afyonqarahisar 1275 1341 Pərvanəoğulları Sinop 1277 1322 Məntəşəoğulları Milas, Məntəşə 1280 1424 Əşrəfoğulları Bəyşəhər 1284 (?) 1326 Candaroğulları Eflani (1291–1309), Kastamonu (1309–1398), Sinop (1398–1461) 1292 1462 Alanya Alanya 1293 1571 Qaramanoğulları sülaləsinin qolu Karəsioğulları Berqama, Balıkəsir 1297 1360 Osmanoğulları (Osmanlılar) Söğüt, sonradan Bursa, Dimetoka, Ədirnə və İstanbul 1299 1922 Gərmiyanoğulları Kütahya 1300 1429 Həmidoğulları Əyirdir 1301 1391 Təkəoğulları sülaləsinin qolu Hacıəmiroğulları Məsudiyyə, Ordu 1301 1427 Canik bəyliklərindən biri Sarıxanoğulları Maqnisiya, Manisa 1302 1410 Aydınoğulları Birgi, sonradan Aydın, Smirna 1308 1426 Qubadoğulları Ladik 1318 1419 Canik bəyliklərindən biri Təkəoğulları Antalya 1321 1423 Həmidoğulları sülaləsinin qolu Ərətnaoğulları Sivas (1337–1398), Ərzincan (1375–1381) 1335 1381 Qazi Bürhanəddin bəyliyinə çevrilmişdir Dülqədiroğulları Maraş, Malatya 1339 1521 Tacəddinoğulları Niksar 1348 1428 Canik bəyliklərindən biri Ramazanoğulları Adana 1352 1608 Qazi Bürhanəddin bəyliyi Sivas (1381–1398), Ərzincan (1381–1404) 1381 1399 Ərətnaoğullarından törəmişdir Qutluşahlar Amasya təq. 1340 1393 Canik bəyliklərindən biri Taşanoğulları Mərzifən təq. 1350 1430 Canik bəyliklərindən biri

Siyasi strukturu Sərhədlərdəki torpaqlar, yəni uclar sultanlar tərəfindən tayfa başçılarına, yəni bəylərə verilirdi. Bu türkman bəyləri sonradan müstəqillik əldə etməyə başlayanda Böyük Səlcuqlu dövlətinin siyasi strukturunu təqlid etməyə başlamışdılar. Bəyliyin idarəçiliyi tayfa ənənəsinə əsaslanırdı və torpaq hökmdar ailəsinin mülkiyyəti hesab olunurdu. Ailənin ən nüfuzlu üzvü ağsaqqallar şurası tərəfindən seçilirdi və "ulu bəy", "əmiri-əzəm" və ya "sultani-əzəm" adlandırılırdı. "Ulu bəy" termini ümumi nitqdə işlədilirdi, digər ikisi isə bəylərin sikkələr, xütbələr, binalardakı yazılar, digər hökmdarlara məktublar və fərmanlar üzərindəki rəsmi titulları idi. Paytaxtda hökmranlıq edən "ulu bəy" öz övladlarını və qardaşlarını vilayətləri idarə etməyə göndərirdi. Sülalənin hər bir üzvünə "iqta" ayrılırdı. Məsələn, döyüşdə həlak olan Qaraman bəyin qardaşı Bunsuzun nəslindən olan Bunsuzoğulları bu mülkləri təkcə Qaramanoğullar dövründə deyil, Osmanlı dövründə də qoruyub saxlamışdılar.

200px|thumb|right|Qaramanoğulları bəyi II İbrahimin tuğrası. 1432-ci il. Hərbi və məhkəmə də daxil olmaqla bütün hakimiyyət hökmdarın əlində cəmləşmişdi. Bəyliyin hökmdarı Səlcuq sultanları kimi sarayda yaşayırdı. Gərmiyanoğulları 360 otaqdan ibarət saray tikdirmişdir. Mehmet bəy Aydınoğlunun sarayı İbn Bətutə tərəfindən təsvir edilmişdir. Bəyliyin hökmdarının məhkəməsi Səlcuq dövlətinin məhkəməsinin oxşarı idi. Məhkəməni hacib, miraxur, çaşnigir, candar, şərabdar, rikabdar və müzahib kimi məmurlar təşkil edirdi. Məhkəmənin təşkili və saray əyanlarının sayı bəyliyin gəlirindən asılı idi. Məlumdur ki, XIV əsrin birinci yarısında Gərmiyanoğulları hökmdarı I Yaqub bəyin xəzinədarı, miraxuru, saray məmurları və qulları, vəziri, qazısı, subaşısı olmuşdur.

Bəyliklərdə idarəçilik üçün divanlar var idi. Divan başçısını çox vaxt "vəzir" və ya "sahibi-əzəm" adlandırılırdı. Divan qanunlar və qeyri-hərbi məsələlərlə məşğul olurdu. Dövlətin maliyyəsini ayrı bir divan idarə edirdi. Bəyin əmr və fərmanlarını yazmaq üçün ayrıca idarələr, Nişan-Divan fəaliyyət göstərirdi. Vilayətlərdə kiçik bəylərin eyni qurumları var idi. Kiçik bəylər təcrübə toplayaraq vilayətləri idarə edirdilər. Böyük bəyin oğlu yaşca kiçik idisə, hökmdar ona etibar etdiyi adamlardan atabəy və ya lələ təyin edirdi, onlar isə bəyin oğlu yetkin yaşa çatana qədər, hətta bəzən sonra da dövlət işlərinə nəzarət edirdilər. Vilayətdə validən başqa, qazı və subaşı da dövlət işlərinə nəzarət edirdi. Qazılar şəriət məsələləri ilə məşğul olur və ailə davalarını həll edirdilər, subaşı isə hərbi işlərlə və nizam-intizamın qorunması ilə məşğul olurdu.