İngilis dili () — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi isə ondan 1.08 milyard insan istifadə edir (2022).
BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dilidir. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilir. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada isə bu termin siyasi mənada işlədilir.
Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvəllərində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.
Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Müasir dövrdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.
Əlifba İngilis əlifbasında 26 hərf, 44 səs var. Hərf Hərfin adının tələffüzü (IPA) Hərfin adının tələffüzü (azərbaycanca) Aa [eɪ] ey Bb [biː] bi Cc [siː] si Dd [diː] di Ee [iː] i Ff [ɛf] ef Gg [dʒiː] ci Hh [eɪtʃ] eyç Ii [aɪ] ay Jj [dʒeɪ] cey Kk [keɪ] key Ll [ɛl] el Mm [ɛm] em Nn [ɛn] en Oo [əʊ] ou Pp [piː] pi Qq [kjuː] kyu Rr [ɑː] və ya [ɑɹ] ar Ss [ɛs] es Tt [tiː] ti Uu [juː] yu Vv [viː] vi Ww [ˈdʌb(ə)l juː] dabl-yu Xx [ɛks] eks Yy [waɪ] uay (təxminən) Zz [zɛd] və ya [ziː] zed (zee)
Sözlərin uzunluğu İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.
Dil tarixi Kökləri, 5-ci əsrdə yaşayan alman tayfalarına qədər uzanan ingilis dili dinamik təkamül yaşayıb.
Eramızın 450-ci ildən 1150-ci ilinə qədər danışılan köhnə ingilis dili, dilin linqvistik bazasını təşkil etmişdir. Vikinq işğalları zamanı qədim skandinav dilinən təsirlənib, həmçinin 1066-cı ildə Normanların fəthi dilə fransız lüğətini aşılayıb və orta ingilis dilinin yaranmasına səbəb olub. 15–17-ci əsrlərdəki İntibah Dövrü və Böyük Saitlərin Dəyişməsi prosesi bir çox dəyişikliklər gətirib. Müasir ingilis dili isə 18-ci əsrdə yaranıb, Sənaye inqilabı və Britaniya İmperiyasının genişlənməsi amillərilə formalaşmışdır.
Bu gün ingilis dili regional nüansları əks etdirən variasiyaları ilə qlobal bir dildir. Köhnə ingilis dilinin müasir ingilis dilinə təkamülü, sosial və mədəni dəyişiklikləri özündə əks etdirir.
Dialektləri İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-də dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.
Dünyada yayılması right|thumb|400px| Ölkə İngilis dili ana dili olanların sayı214.809.000U. S. Census Bureau, Statistical Abstract of the United States: 2003, Section 1 Population , U. S. Census Bureau, Tablo 47.58.200.000 The Cambridge Encyclopedia of the English Language , Second Edition, Crystal, David; Cambridge, UK: Cambridge University Press, 1995.17.694.830Mother Tongue, 2001 Counts for Both Sexes, for Canada, Provinces and Territories — 20% Sample Data , 2001 Sayımı, Statistics Canada.15.581.334 Main Language Spoken at Home.4.200.000+3.673.203Census in Brief , 15. sayfa (Tablo 2.5), 2001 Sayımı, Statistics South Africa.3.500.000+Languages spoken , 2006 Sayımı, Statistics New Zealand.665.087Native speakers aged 5 or more , 2000 Sayımı
İstinadlar
Xarici keçidlər Rəna Məmmədova, Şəhadət Quliyev., İNGİLİS DİLİNİN AMERİKAN VƏ BRİTANİYA VARİANTLARININ ORFOQRAFİK, FONETİK, LEKSİK VƏ QRAMMATİK XÜSUSİYYƏTLƏRİ. History of Science Journal (p-ISSN 2790-0029). Vol 6, issue 5, serial 23, 2025, pp.77-87
Kateqoriya:İngilis dili Kateqoriya:Birləşmiş Krallıq dilləri Kateqoriya:Hindistan dilləri Kateqoriya:Avstraliya dilləri Kateqoriya:Kanada dilləri Kateqoriya:İrlandiya dilləri Kateqoriya:Yeni Zelandiya dilləri Kateqoriya:Liberiya dilləri Kateqoriya:Malta dilləri Kateqoriya:CAR dilləri Kateqoriya:Filippin dilləri Kateqoriya:Sinqapur dilləri Kateqoriya:Malayziya dilləri Kateqoriya:Mədəni qloballaşma