Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir.

Etimologiya "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir.

Tarixi

XX əsrin erkən illəri Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırı, XIX əsrin əvvəllərində yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir:

Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.

Tənqid-təbliğ teatrı səhnəsində 1922–1923-cü illərdə söylənilmiş meyxanalar – Əliağa Vahid və Bağır Cabbarzadə, daha sonralar Mirpaşa və Əli İslam, Ağasəlim Çildağ və Həkim Qəni duetləri deyişmənin ən gözəl nümunələri hesab edilə bilər. XIX əsrdə Mirzə Bağır Bakı toyları və şənliklərində meyxana deyən şairlərin ən görkəmlisi, böyük şöhrət qazananlarından biri olub. Onun poetik üslubundakı sadəliyi, həyat həqiqətlərinə səmimi münasibətini, klassik şairlərdən ustalıqla bəhrələnməsini aşkar görmək olur:

Həmin dövrdə Atababa Hicri xalq ruhunda sadə, təbii və mənalı meyxanalar yaratmağa çalışmış, həyatı gerçəkliklərə fəal vətəndaşlıq mövqeyindən münasibət bildirib. O, gözəlliyi yüksək şövqlə vəsf etdiyi kimi, cəmiyyətdə baş verən nöqsanları da cəsarətlə tənqid edib:

Sovet dövrü thumb|Meyxananı ilk dəfə yazılı ədəbiyyata Əliağa Vahid gətirib. SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. Xarici mədəni məkanda meyxananının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920–30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya tədricən meyxananın ictimai statusunu laxlatdı. 1970-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində meyxana yaradıcılığına primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başlasa da, cəmiyyətin müəyyən bir hissəsində aşıq yaradıcılığının populyarlığını azaltmadı. Sovet dövründə ciddi məkanlarda meyxana üçün şərait yaradılmadığından, sənət xiridarları küçə, tinlərdə, meyxanalar deyirdi.

Meyxananı ilk dəfə yazılı ədəbiyyata Əliağa Vahid gətirib. Vahid meyxana janrında öz qələmindən məharətlə istifadə etmiş, təsirli şəkildə məşhur ictimai-siyasi və tənqidi məzmunlu meyxanaları ilə çıxış edib geniş rəğbət qazanmışdır.

1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradılmasında, meyxanadan da istifadə etmişdir.

1970-ci və 1980-ci illər 1988-ci ildə Nizami Rəmzi ilə Abbasqulu Nəcəfzadə "Meyxana" folklor ansamblının yaradıcısı olub, meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına və səhnələrinə çıxarıb. Rəmzinin cəhdləri nəticəsində, 1989-cu ildə Azərbaycan Dövlət Filarmoniyasındakı çıxışından video kadrlar nümayiş olunub.

Müstəqil Azərbaycan dövrü 1991-ci ildə şoumen Qorxmaz Əlili ilk dəfə Bakı Dövlət Sirkində Respublika üzrə Meyxana müsabiqəsini təşkil etmişdir. 1996-cı ildə bəstəkar Rəhilə Həsənova fortepiano üçün "Meyxana" əsərini yaratmışdır. Meyxananı fortepianonun sözsüz dilinə "tərcümə edərkən" bəstəkar məxsusi ritmləri qabardır, həm də ifaya teatr elementləri (pianoçu ayrı-ayrı musiqi jümlələri arasında çırtma çalır ki, bu da meyxana məjlisləri üçün səjiyyəvidir) gətirir.

2000-ci illərdə meyxananın təbliğində satirik şair Baba Pünhanın böyük rolu olub. O, öz şeirlərininin bəzilərini telekanallarda meyxana kimi ifa etməklə yaddaşlarda qalıb. 2001-ci ildə yaranan "De, Gəlsin!", 2008-ci ildə "Sözüm var" və 2009-cu ildə "Söz qalası" kimi verilişlər Azərbaycanda meyxananın inkişafı və populyarlaşmasına güclü təkan verdi. Bu dövrdə, bir çox meyxanaçılar Azərbaycan hip-hopu və Azərbaycan pop musiqisi sənətçiləri ilə duetlərdə iştirak edib. Uğurlu duetlərdən Namiq Qaraçuxurlunun Aygün Kazımova ilə "Bağlanıram", Vahid Qədimin Elşad Xose ilə "Şou-biznes", Vüqar Əbdülovun Ədalət Şükürov ilə "Bağlı qapı", Mirfərid Zirəlinin Elşad Xose ilə "Adrenalin" mahnılarını qeyd etmək olar.

2011-ci il 5 noyabrda meyxanaçı qardaşlar Ehtiram və İntiqam Rüstəmov tərəfindən yazılmış "Tı kto takoy? Davay, do svidaniya!" meyxanası mem olmuş, Rusiya, Ukrayna, Rumıniya və Gürcüstanda populyarlıq qazanmışdır.И грузинские оппозиционеры взяли на вооружение творчество азербайджанских мейханщиков . Vesti.az. 27 August 2012.

Meyxananın janrları Meyxana — qafiyəli, rədifli, beyt və qafiyəsiz (bədihə) janrlarından ibarətdir.

Qafiyəli meyxanalar Qafiyəli meyxanaların kuplet formasına malik olan mahnılarla oxşsa da, mahnılardan fərqli olaraq, meyxanalar qafiyədən başlanır və refren səciyyəsi daşıdığı üçün, əksər hallarda, aid olduğu məqamın başlıca pərdəsinə əsaslanır. Qafiyəli meyxanaların ikinci bölümündə onun məğzi, əks etdirdiyi başlıca ideya tərənnüm olunur: Adın şərəflidi, xətrin əzizdi. Üçüncü bölüm (qafiyə ilə) bağlayıcı misradır. Bu bölüm, əksər hallarda, bəndi tamamlayır. O zaman bağlayıcı misra, bəndlə qafiyələnir. Qafiyəli meyxanalar musiqilə digər növlərdən daha artıq bağlıdır. Onun bəndindəki hər bir misra inkişafın yeni bir mərhələsidir. Belə ki, bəndin ilk qoşa misrası onun ekspozisiyası, ilkin şərh bölümüdür. Məsələn:

Beyt meyxanalar Beyt meyxanalar, forma etibarilə digər meyxana növlərindən fərqlənir. Beyt meyxanalar qafiyələnən qoşa misralardan ibarət olur. Bəzi hallarda isə qafiyə qoşa misranı tamamlayaraq rədif əhəmiyyəti qazanır:

Rədifli meyxanalar Rədifli meyxanaların formalaşmasında, eləcə də, musiqi janrı kimi mövcudluğunda xalq mahnılarının, meydan oyun-tamaşalarının, oyunlarının rolu olmuşdur. Bayatı sözlərinə edilən nida tərzli əlavələr kəlmədən başlayaraq bütöv cümlə həcminədək ola bilir. Meyxanalarda, peşəkarların poetik yaradıcılığında olduğu kimi, rədif şerin məzmunu, ideya daşıyıcısı olub titul bəndində söylənir, digərlərinin isə son misralarını tamamlayır. Rədiflər qafiyələrə nisbətən dəfələrlə yığcam olsalar da, meyxanada nəsə başlıca tonallığa, ilkin ovqata qayıtma – repriz mahiyyəti daşıyır. Rədifli neyxanaların musiqi forması kuplet-variasiya quruluşlu mahnıları xatırladır:

Qafiyəsiz meyxanalar Qafiyəsiz meyxanalar forma etibarilə, bəndlərdə misra, poetik qurumlarda isə hecaların sayına görə daha sərbəst quruluşa malikdir. "Həftəbəcər" kimi bəzi qafiyəsiz meyxana bəndlərində bölgü aparılmır. Məsələn:

Mövzular

Vətənpərvərlik meyxanaları Digər musiqi janrlarında olduğu kimi, vətənpərvərlik ruhunda yazılan meyxanalar sənətdə xüsusi yer tutur. Bu mövzuda Nizami Rəmzinin "Xızı dağları", Vüqar Əbdülovun "Azərbaycan diyarı", Aqşin Fatehlə Elşən Xəzərin "Vətən ağlar", Namiq Mənanın "Qubadlı", Aydın Xırdalanlının "Vətən işğalı" meyxanalarını qeyd etmək olar:

Dini meyxanalar Dini meyxanaların əksəriyyətində islamda tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin işıqlandırılması mühüm yer tutur. Bu mövzuda Aqşin Fatehlə Elşən Xəzərin "Əli Aşiqləri", Namiq Qaraçuxurlunun "Nura doğru" meyxanalarını qeyd etmək olar.

Rəvayətlər Hadisə mövzusuna aid olan meyxanalar adətən "rəvayət" adlı meyxanalar ilə tanınır. Bu mövzuda Namiq Qaraçuxurlunun "Rəvayət", Nicat Mənalının "Dostluq", Kərimin "Qonşunun gəlini", Sahib Kürdaxanlının "Acı tale" meyxanalarını qeyd etmək olar.

Sevgi mövzusunda meyxanalar Sevgi mövzusunda Vahid Qədimin "Sevgi", Namiq Qaraçuxurlunun "Bu məhəbbət", Məşədibabanın "Məsti xumar", Vüqar Əbdülovun "Bağlı qapı" meyxanalarını qeyd etmək olar.

Sosial-iqtisadi meyxanalar Meyxanada cəmiyyətdə baş verən sosial-iqtisadi hadisələr geniş yer alır. Bu mövzuda Mirpaşa Sadıqov və Əli İslamın "Görürəm", Nizami Rəmzinin "Ah, neçə illərdi yalan görmüşəm!" və "Erməni", Baba Pünhanın "Bizimkilər motoskletnən gedir", Vüqar Əbdülovun "Ey dost" meyxanalarını qeyd etmək olar. Əliağa Vahidin meyxanaları ictimai mənası və müdrikliyi ilə diqqət çəkir. Günün aktual məsələlərinə dərin maraq və müdaxilə onun meyxanalarında aparıcı xüsusiyyətlərdir. Kəskin satira, incə yumor, məzəli ibarələr şairin ömrünün sonuna qədər meyxanaları üçün də səciyyəvi olub.

Digər mövzular Digər mövzulara aid olan meyxanalardan Nizami Rəmzinin "Tut", Namiq Qaraçuxurlunun "Kosa", Aqşin Fatehin "Qarpız", Aydın Xırdalanlının "Zəlzələlər" meyxanalarını qeyd etmək olar.

Deyişmə Meyxanada xüsusi yeri deyişmə alır. Deyişmə əsasən canlı olaraq deyilir və rep "battle"ı xatırladır. Deyişmələr müxtəlif mövzüda ola bilər. Məsələn:

Mədəniyyətdə

Kinoda thumb|Bakıda "Meyxana" yazılı qraffiti.

Meyxana Azərbaycan kinematoqrafına 1970-ci illərin əvvəllərində yol tapmışdır. Azərbaycan kinematoqrafında meyxanaya əsasən üç mövqedən üz tutulur:

Meyxana — filmin dramaturji inkişafını təmin edən aparıcı janr kimi: "Qəzəlxan" və s. Meyxana — Abşeron koloritini, İçərişəhərin dar dalanlarını, Bakı kəndlərinin abi-havasını yaradan ifadə vasitəsi kimi: "Bizim Cəbiş müəllim", "Fransız", "Yuxu" və s. Meyxanaya yaxın olan metrikləşdirilmiş poetik janrların qədim adət və ənənələrin təsvirilə bağlı vasitə kimi istifadə edilməsi:"Yeddi oğul istərəm…", "Dəli Kür", "Nəsimi" və s.

Birinci növə "Qəzəlxan" filmini aiddir. XX əsrin klassiki Əliağa Vahidin xatirəsinö həsr edilmiş bu filmdə meyxana ahəngi, ritmi, onun janr koloriti ekran əsərinin ümumi ovqatını yaradır. Meyxananın icra tərzindən doğan, bəm tembrli, reçitativ tərzli, kişi səslərinin unisonu, vurduqları çırtmalardan yaranan ahəng filmin əvvəlindən başlayaraq əsər boyunca səslənir, leyt-tembr səciyyəsi qazanır. Meyxana icrasının özünəməxsusluğu, eyni zamanda, ayrı-ayrı cəhətləri — leyt-ritm, leyt-intonasiya əhəmiyyəti, bütövlükdə leyt-janr mövqeyi qazanaraq böyük şairin obrazını, onun müxtəlif cizgilərini əks etdirir. Film boyu səslənən meyxanalarda ekran əsərinin dramaturji inkişafının istiqaməti — şairin ömür-gün yolu, yaşadığı dövr xarakterizə olunur. Filmin musiqi bəstəçiləri xalq artisti Ramiz Mirişli və Nazim Mirişli bu inkişaf xətlərini məharətlə uyuşdurub ekran əsərinin emosional təsir qüvvəsini xeyli artırmağa nail olurlar. Hələ filmin titrlərindən öncə Əliağa Vahidin heykəlinin təsviri zamanı reçitativ tərzində söylənən meyxana ənənəvi formulu ostinat şəklində icra edən zərb müşayiətilə verilir. Meyxana filarmoniya səhnəsində və ya süfrə başmda, musiqiçilər arasmda deyilən zaman Çahargah üstə oxunur, zərblə, çırtma ilə və hətta birsəsli kişi xoru ilə müşayiət edilir. Digər məqamlarda isə meyxana sadəcə olaraq dekla-asiya edilir. Bütün bu incəliklər meyxananın canı olan poetik fikrin tamaşaçıya dürüst çatdırılmasına, filmin dramaturji inkişafının düzgün istiqamətləndirilməsinə xidmət edir.