əl-İnşiqaq (Yarılma) surəsi — Quranın 84-cü surəsi (Məkkədə nazil olmuşdur, 25 ayədir). Quran tərtibindən 84-cü surə olsa da, eniş sıralamasına görə 83-cü surədir.İnşikak Sûresi 1-5. Ayet Tefsiri. İstifadə tarixi: 13 iyun 2026. Surə adını birinci ayəsində yer alan və yarılma mənası verən inşaqqa sözünün məsdər formasından alır.İnşikak Suresi. İstifadə tarixi: 13 iyun 2026.İnşikak Suresi Oku - İnşikâk Suresi Anlamı, Tefsiri, Türkçe ve Arapça Okunuşu (Diyanet Meali). İstifadə tarixi: 13 iyun 2026.

İnşiqaq surəsi qiyamət qopduqdan sonra insanların iman və əməllərinin sorğulanması, bunun əvəzində onlara mükafat və ya cəza verilməsi məsələlərindən bəhs edir.əl-İnşiqaq (Yarılma) surəsi. İstifadə tarixi: 13 iyun 2026.

Digər surələr ilə əlaqə

İnşiqaq surəsinin 3-cü ayəsində yer alan Yerin dümdüz olacağı hökmü Taha surəsinin 105-107-ci ayələrində də təkrarlanır;Taha surəsi. İstifadə tarixi: 13 iyun 2026. Əməl dəftərlərinin sağ və ya sol ələ verilməsi Haqqə surəsinin 25-29-cu ayələrində də yer alır.əl-Haqqə (Haqq olan qiyamət) surəsi. İstifadə tarixi: 13 iyun 2026.

Enmə səbəbləri

Məhəmməd peyğəmbərin Ələq surəsində "səcdə et və yaxınlaş" ayəsini oxuyandan sonra səcdə etməsi və bunu görən inananların da səcdə etdiyi nəql olunur. Bu hadisə qarşısında qüreyşlilər onları ələ salmaq mənasında fit çalıb əl çalmağa başlayır. Buna qarşılıq olaraq "özlərinə quran oxunduğu zaman səcdə etmirlər" ayəsinin nazil olduğu islami mənbələrdə qeyd olunur.İnşikak Suresi Okunuşu - İnşikak Suresi Meali, Türkçe Anlamı, Arapça Yazılışı, Tefsiri Ve Fazileti. İstifadə tarixi: 12 iyun 2026. Burada səcdə etməyənlər qınandığı üçün bu ayə oxunan zaman səcdə etmənin vacib olduğu Əbu Hənifə və digər islam alimləri tərəfindən qəbul olunur.İnşikak Sûresi Hakkında. İstifadə tarixi: 13 iyun 2026.

İstinadlar Kateqoriya:Əlifba sırasına görə surələr Kateqoriya:İslam esxatologiyası Kateqoriya:Məkkə surələri