Əliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri və Azərbaycanın siyasi ailəsi. Bu ailənin üzvləri XX əsrdən bəri Azərbaycanda yüksək vəzifələri tutmuşdur.

Ailə üzvləri

Heydər Əliyevin ailəsi Heydər Əliyev. Azərbaycan SSR (1969–1982), Naxçıvan MR (1991–1993) və Azərbaycan (1993–2003) rəhbəri. Zərifə Əliyeva. Heydər Əliyevin həyat yoldaşı. Sevil Əliyeva. Heydər Əliyevin qızı. Mahmud Məmmədquliyev. Sevil Əliyevanın həyat yoldaşı. Azərbaycanın xarici işlər nazirinin müavini (1993-cü ildən). Azər Əliyev. Sevil Əliyevanın oğlu. Atasının yox, babası Heydər Əliyevin soyadını götürmüşdür. İdmançıdır. Giraf Əliyev. Sevil Əliyevanın oğlu. Atasının yox, babası Heydər Əliyevin soyadını götürmüşdür. İdmançıdır. Zərifə Əliyeva. Sevil Əliyevanın qızı. Atasının yox, babası Heydər Əliyevin soyadını götürmüşdür. İlham Əliyev. Heydər Əliyevin oğlu və hal-hazırkı Azərbaycan Prezidenti (2003-cü ildən).

İlham Əliyevin ailəsi İlham Əliyev. Hal-hazırkı Azərbaycan Prezidenti (2003-cü ildən). Mehriban Əliyeva. İlham Əliyevin həyat yoldaşı. Paşayevlər soyunun nümayəndəsi və hal-hazirki Azərbaycan birinci vitse-prezidenti (2017-ci ildən). Leyla Əliyeva. İlham Əliyevin böyük qızı. Heydər Əliyev Fondunun vitse-prezidenti (2011-ci ildən). Əminə Əliyeva. Leyla Əliyevanın övladlığa götürdüyü qızı. İdmançıdır. Emin Ağalarov qızın atalığıdır. Əli Ağalarov. Leyla Əliyevanın keçmiş həyat yoldaşı, müğənni və biznesmen olan Emin Ağalarovdan olan övladı. Mikayıl Ağalarov. Leyla Əliyevanın keçmiş həyat yoldaşı, müğənni və biznesmen olan Emin Ağalarovdan olan övladı. Arzu Əliyeva. İlham Əliyevin kiçik qızı. Film prodüseri. Səməd Qurbanov. Arzu Əliyevanın həyat yoldaşı. Aydın Qurbanov. Arzu Əliyeva və Səməd Qurbanovun oğlu. Arzu Əliyeva və Səməd Qurbanovun ikinci övladı. Heydər Əliyev. İlham Əliyevin oğlu. Alena Əliyeva. Heydər Əliyevin həyat yoldaşı. Övladları. Heydər Əliyev və həyat yoldaşı Alena Əliyevanın iki oğlu var. Digər nəvələr. Yuxarıda qeyd edilən 7 nəvədən başqa, İlham Əliyevin 2 nəvəsi daha var (2025-ci ilin məlumatına görə).

Tarixi

Mənşəyi Əliyevlər Zəngəzur qəzasının Comardlı kəndindəndirlər. XX əsrin əvvəllərində ailənin üzvləri artıq Naxçıvana köçmüşdü. Əliyevlər ailəsinin üzvü olan Əlirza Əliyevin anası isə Urud kəndindəndir.Thomas de Waal. Black Garden: Armenia and Azerbaijan through Peace and War. — New York University Press, 2004. — С. 306, прим. 7. — ISBN 0-8147-1944-9, 0-8147-1945-7.Э. Ахундова. Гейдар Алиев. Личность и эпоха. Часть 1. — Баку: Озан, 2007. — С. 19–29. Ailə üzvləri arasında əsasən şiə müsəlmanlarına verilən "Kərbəlayi" fəxri adını daşıyanlar da var idi.Гусман М. Формула власти: 55 интервью в золотом галстуке. — М.: ТЕРРА-Книжный клуб, 2005. — С. 95. — ISBN 5-275-01366-3.

Fəaliyyəti

Heydər Əliyev

300px|thumb|left|Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü. Bu görüşdə Heydər Əliyevin Baykal-Amur Magistralın inşasında rolu xüsusi qiymətləndirilmişdir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olduğu dövrdə Azərbaycan dili və mədəniyyətini təbliğ etmişdir.Waal, Thomas de (2013), "Black Garden: Armenia and Azerbaijan through Peace and War", Black Garden, New York University Press, pp. 148–149, doi:10.18574/nyu/9780814770825.001.0001, ISBN 978-0-8147-7082-5, S2CID 250081480 Yevgeni Primakova görə, onun dövründə Azərbaycan SSR iqtisadiyyatı, sənayesi və kənd təsərrüfatı inkişaf etmiş, Azərbaycan kinosu məşhurlaşmışdır.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq, SSRİ-də ən yüksək vəzifəni tutmuş azərbaycanlı olmuşdur.Roger East, Richard Thomas, Alan John Day. A Political and Economic Dictionary of Eastern Europe, Routledge, 2002, ISBN 1-85743-063-8, p. 34. O, bu vəzifəni icra edərkən SSRİ-də maşınqayırma, yüngül sənaye və nəqliyyat sahələrinə rəhbərlik etmiş, eyni zamanda mədəniyyət və təhsil sahələrinə də cavabdeh olmuşdur. 1984-cü ildən isə Heydər Əliyev Sovet məktəb islahatı komissiyasına rəhbərlik etmişdir. Daha sonra, o, 31 avqust 1986-cı ildə Admiral Naximov qəzasını araşdırmaq üçün yaradılmış hökumət komissiyasına rəhbərlik etmişdir. Həmin ilin oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri vəzifəsini tutmuşdur. Əliyev həmçinin Baykal-Amur magistralının (BAM) tikintisi və inkişafı üzrə Nazirlər Sovetinin Komissiyasına rəhbərlik etmişdir. 1987-ci ilin payızından 1988-ci ilə qədər o, SSRİ Nazirlər Sovetinin Dövlət müşaviri olmuşdur.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991–1993) olarkən ona qarşı həyata keçirilən, Naxçıvanda dövlət çevrilişinə cəhd uğursuz olmuşdur. Heydər Əliyevin Bakıya qayıtmasından sonra Talış-Muğan böhranı Azərbaycanın qələbəsi ilə başa çatmış, Azərbaycanda 1994-cü il və 1995-ci il dövlət çevrilişinə cəhdlər yatırılmışdır. Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi Azərbaycanın nəzarətinə keçmişdir. Bu dövrdə Azərbaycan xarici şirkətlərlə Əsrin müqaviləsini imzalanmışdır. 26 mart 1998-ci ildə Heydər Əliyev 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması üçün xüsusi fərman imzalamışdır.

İlham Əliyev

300px|thumb|right|İlham Əliyev qızı Leyla Əliyeva və nəvələrini Çin rəhbəri Si Tsinpinə təqdim edir. Azərbaycan rəsmilərinin Pekində rəsmi qarşılanma mərasimi. 2025-ci il İlham Əliyevin prezidentliyi dövründə, 2012-ci ildə rus ordusu Qəbələ RLS-i tərk etmiş,Габалу завлекают в турбизнес // "Независимая газета" (9 октября 2013) 2016-cı il Aprel döyüşlərində Lələtəpə və Cocuq Mərcanlı azad edilmişdir. 2020-ci ildə Azərbaycan İkinci Qarabağ müharibəsi ərzində 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etmişdir. Qarabağ atəşkəs bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları (Laçın şəhəri istisna olmaqla) Azərbaycana təhvil verilmişdir. 2021-ci ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması ləğv edilmişdir. 2022-ci ildə Laçın şəhəri Azərbaycana qaytarılmışdır. 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında (Ermənistanla sərhəddə) Azərbaycan sərhəd-buraxılış məntəqəsi yaradılmış, beləliklə, Laçın dəhlizi statusunu itirmişdir. 2023-cü ildə Qarabağda döyüşlər ərzində Qondarma Dağlıq Qarabağ Respublikası və onun ordusu süqut etmiş, 2024-cü ildə rus sülhməramlıları Qarabağı tərk etmişdir. 2024-cü ildə Qazaxın 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı) Azərbaycana təhvil verilişdir. Vasif Talıbov 2022-ci ildə Naxçıvan hakimiyyətindən uzaqlaşdırılmış, 2025–2026-cı illərdə Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər edilərək, Naxçıvan Ali Məclisinin sədri ali vəzifəli şəxs statusunu itirmiş və Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe edilmişdir. 2025-ci ildə həm də Azərbaycanda dövlət çevrilişinə cəhd planı nəticəsində Ramiz Mehdiyev həbs edilmişdir.

8 avqust 2025-ci ildə Azərbaycan–Ermənistan sülh müqaviləsi Donald Trampın iştirakı ilə paraflanmış, Azərbaycanla Ermənistan arasında sülh bəyannaməsi imzalanmışdır. 4 aprel 2026-cı ildə İlham Əliyev Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilmişdir. 26 aprel 2026-cı ildə İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmüşdür.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Sülh Şurası və D-8 təşkilatlarının üzvü olmuş, Türkiyə, Rusiya və Özbəkistanla müttəfiqlik, İtaliya, Çin və BƏƏ ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur. ABŞ ilə isə strateji tərəfdaşlıq haqqında xartiya imzalanmışdır. 2019–2024-cü illərdə İlham Əliyev Qoşulmama Hərəkatının baş katibi olmuş, müxtəlif illərdə Azərbaycanda 2012 Avroviziya Mahnı Müsabiqəsi, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyli Oyunları, Azərbaycan Qran-prisi, BMT-nin İqlim Dəyişmələri Konfransı, Ümumdünya Şəhərsalma Forumu keçirilmişdir.

İlham Əliyevin prezidentliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başlamış, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi inkişaf etdirilmişdir. Zəngəzur dəhlizi və Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi isə planlaşdırılan layihələrdir. 2021-ci ildə Ələt Azad İqtisadi Zonasının əsası qoyulmuşdur.

İlham Əliyevin prezidentliyi dövründə Alban-udi icması, Qərbi Azərbaycan icması və İrəvan qazılığı yaradılmışdır. Şərqi Zəngəzur iqtisadi rayonu təsis edilmiş, azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzurda məskunlaşdırıldığı Böyük Qayıdış proqramı başladılmışdır. Bu dövrdə Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərini tədricən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQDK) ötürmüşdür.

Dövlət xadimləri və Heydər Əliyev Fondu idarəçiləri ŞəxsŞəkliTutduğu vəzifəDövlət/təşkilatHeydər Əliyevframeless|100pxAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri (1967–1969)Azərbaycan SSR, SSRİAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982)Azərbaycan SSR, SSRİSSRİ Ali Soveti İttifaq Soveti sədrinin müavini (1974–1979)SSRİSovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü (1982–1987)SSRİSSRİ Nazirlər Soveti sədrinin birinci müavini (1982–1987)SSRİNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991–1993)Naxçıvan MR, AzərbaycanAzərbaycan Respublikası Ali Sovetinin sədri (1993)AzərbaycanAzərbaycan Respublikasının 3-cü Prezidenti (1993–2003)Azərbaycanİlham Əliyev (Həmçinin bax: İlham Əliyevin tutduğu vəzifələrin siyahısı)frameless|100pxAzərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-indiyə qədər)AzərbaycanAzərbaycan Respublikasının 7-ci Baş naziri (2003)AzərbaycanAzərbaycan Respublikasının 4-cü Prezidenti (2003-indiyə qədər)AzərbaycanTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri (2019–2021)Türkdilli Dövlətlərin Əməkdaşlıq ŞurasıQoşulmama Hərəkatının Baş katibi (2019–2024)Qoşulmama HərəkatıMehriban Əliyevaframeless|100pxAzərbaycanın birinci xanımı (qeyri-rəsmi vəzifə, 2003-indiyə qədər)AzərbaycanHeydər Əliyev Fondunun prezidenti (2004-indiyə qədər)QHTUNESCO-nun Azərbaycanda Xoşməramlı səfiri (2004–2022)UNESCOISESCO-nun xoşməramlı səfiri (2006-indiyə qədər)ISESCOAzərbaycanın Birinci vitse-prezidenti (2017-indiyə qədər)AzərbaycanLeyla Əliyevaframeless|100pxHeydər Əliyev Fondunun vitse-prezidenti (2011-indiyə qədər)QHT

İstinadlar

Kateqoriya:Dövlət başçısı olan ailələr