Leyla Şahtaxtinskaya (1886, Qars ş. Türkiyə – dekabr 1907, İsveçrə) — Avropada təhsil almış ilk azərbaycanlı qadın, Azərbaycanda ilk ziyalı qadınlardan biri. Görkəmli publisist, alim və ictimai xadim. İsa Sultan Şahtaxtinskinin qızıdır.

Həyatı Leyla Şahtaxtinskaya 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirmişdir. Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qızdır. H.Z.Tağıyevin vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuş, lakin təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat etmişdir. "Molla Nəsrəddin" jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq dərc etmişdir"Molla Nəsrəddin" jurnalı, № 52, 1908.

İstinadlar

Mənbə Şahtaxtı Xeyriyyə Cəmiyyəti Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.267.

Həmçinin bax Şahtaxtinskilər

Kateqoriya:Şahtaxtinskilər Kateqoriya:Qarsda doğulanlar Kateqoriya:İsveçrədə vəfat edənlər