Marsan — Azərbaycan Respublikasının Qax rayonunun Turaclı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.

Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan türklərinin əsas etnoqrafik qruplarından olan muğallardan ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А. А. Эльзенгера и Н. П. Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е. И. В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 155

2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Hazırda kənddə tamamilə Azərbaycan türkləri yaşayır.

Din Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qax rayonunun kəndləri