() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Ekologiyası Torpağın nəmişliyinə və məhsuldarlığına orta miqdarda tələbkar, duzluluğa və əhəngin olmasına mənfi reaksiya verir. Bataqlıq torpaqlarda normal böyüyüb inkişaf etmir. -12o C şaxtaya davamlıdır.
Azərbaycanda yayılması Astara, Abşeron və Qafqazın Qaradəniz sahillərində becərilir.
İstifadəsi Park və bağların yaşıllaşdırılmasında təsadüf edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avstraliya florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Avstraliya endemikləri Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları Kateqoriya:Həssas növlər