Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 1 avqust 2015-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.

"Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.

2025-ci ilin sonuna olan məlumatına əsasən Turan Tovuz FK heyət dəyəri 10.3 milyon avro təşkil edir.

Adı

10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.

1992-ci ildə Azərbaycan çempionu olmuş "Turan" klubunun hüquqi davamçısı deyil.

Ölkə turnirlərində 29 mart 2025-ci ildə Premyer Liqanın 2024/2025 mövsümünün XXVIII turunda Turan Tovuz turnirdəki 100-cü yubiley matçına çıxıb və matç 1:4 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

UEFA turnirlərində

"Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.

UEFA turnirlərindəki statistika Mənbə: uefa.com Son yenilənmə: 30 avqust 2010

Turnir İştirak Oyun Q H M T/F T/B UEFA Kuboku 1 2 0 0 2 0 – 7 -7 Cəmi 1 2 0 0 2 0 – 7 −7

UEFA turnirlərindəki oyunlar Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə1994/1995UEFA KubokuI t/m. Fənərbaxça (s) 0:5 (e) 0:2 0–7

UEFA turnirlərində "Turan"ın Azərbaycan ilkləri Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.

Uğurları

Ölkədaxili turnirlərdə Azərbaycan çempionatı: Qızıl medal (1) — 1993/1994 Gümüş medal (1) — 1994/1995 Bürünc medal (3) — 1992, 1993,2025/2026

İFFHS reytinq cədvəlində thumb|"Turan Tovuz"un azarkeş qrupu olan "The Hunans" və "Ultras Turan".

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.

Klubun məşhurları Komandanın formasını geyinmiş məşhur futbolçular: Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Sergey Skaçenko, Asen Nikolov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev. Komandada ən çox oyun keçirən futbolçular: Nizami Sadıqov, Sakit Alıyev. "Turan"ın futbolçusu Musa Qurbanov ikinci çempionatda 36 qol vuraraq bombardir olub. Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk onluqda yer alıb (19 qol).

Himni Musiqisi: Faiq Sücəddinov Sözləri: İsmayıl Dadaşov

Artır şanı-şöhrəti milli futbolumuzun, Heç vaxt unutma, "Turan", sən fəxrisən Tovuzun. Dağlardan vüqar al sən, Zirvələrə ucal sən, Ey doğma komandamız, Adına layiq ol, sən. Nəqərat: Hər zaman yaşa, "Turan", Hər biriniz qəhrəman, Sizinlə qürur duysun Yurdumuz Azərbaycan!

Yüksəkliklər gözləyir, həmişə gedin öndə, Qələbə sizin olsun rəqiblərin önündə. Dağlardan vüqar al sən, Zirvələrə ucal sən, Ey doğma komandamız, Adına layiq ol, sən.

Gerblər

İstinadlar

Xarici keçidlər Sabiq rəsmi saytı PFL.az saytında profili Tovuz futbolunun tarixi: “Trabonfeld”dən “Turan”a kimi

Kateqoriya:Azərbaycan Premyer Liqası klubları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar