Sonqmi qətliamı () və ya Mi Lai qətliamı () — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi.Murder in the name of war: My Lai , BBC News, 20 July 1998. 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu.

Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq"Greiner, Bernd. War Without Fronts: The USA in Vietnam, New Haven, Connecticut: Yale University Press, 2009. adlandırıldı.Department of the Army. Report of the Department of the Army Review of the Preliminary Investigations into the My Lai Incident , Volumes I-III (1970). Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.Summary of Peers Report.

Bu ərazidəki obalar və kəndlərdən ABŞ Ordu jarqonunda PinkvillMy Lai - Letters , due to the reddish-pink color used on military maps to denote a more heavily populated area. 11th Light Infantry Brigade Veterans Association website. olaraq bəhs edildiyindən qətliam əvvəllər Pinkvill qətliamı olaraq adlandırılırdı.Frontline (PBS): Remember My Lai Originally Broadcast 23 May 1989. Sonralar ABŞ Ordusu məsələylə bağlı təhqiqatlara başlayanda medya bu adı Sonqmidəki qətliam olaraq dəyişdirdi.Ex-G.I. Says He Saw Calley Kill a Vietnamese Civilian . The New York Times, 27 November 1969. Hal-hazırda hadisə ABŞ-də Mi Lai qətliamı olaraq bilinir və Vyetnamdakı Sonq Mi qətliamı olaraq adlandırılır."Commemorating victims of Son My massacre " VOV News, 13 March 2012.

İnsident 1969-cu ilin noyabrında ictimailəşməyə başlayanda qlobal qəzəbə səbəb oldu. Hadisə ABŞ ordusunun törətdiyi ölüm miqyası və məsələni ört-basdır etmə cəhdləri ortaya çıxanda ABŞ-də ölkənin Vyetnam müharibəsinə müdaxiləsinə qarşı olan etirazları müəyyən dərəcədə artırdı.Corley, Christopher L. Effects on Public Opinion Support During War or Conflict . Monterey, California: Naval Postgraduate School, 2007, pg. 39. Başlanğıcda qırğını dayandırmağa və gizlənən mülki insanları xilas etməyə çalışan üç ABŞ hərbçisindən danışılmadı və hətta bu əsgərlər Konqresin Silahlı Qüvvələr Komitəsinin sədri Mendel Rivers da daxil olmaqla bir neçə ABŞ konqresmenini tərəindən xain kimi lənətləndi. Yalnız 30 il sonra biri ölümündən sonra tanıdıldı və müharibə zonası içərisində döyüşçü olmayan əhalini qoruduğu üçün təltif edildi. Mi Lai qətliamı Cənubi Koreyada 18 il əvvəl törədilən No Qun Ri qətliamı ilə birlikdə 20-ci əsrdə ABŞ ordusunun törətdiyi və bilinən ən böyük qırğınlardan biridir.

Həmçinin bax Katın qırğını Brinks otelinin partladılması

İstinadlar

Mənbə 161st Assault Helicopter Company. Unit History of the 161st Assault Helicopter Company (who intervened in the massacre) Americal Division Veterans Association; Americal Locations in Vietnam, cited 3 June 2006. Anderson, David L. (1998) Facing My Lai: Moving Beyond the Massacre University Press of Kansas: Lawrence, Kansas—extensive interviews with trial participants and soldiers.

Xarici keçidlər My Lai — An American Experience, WGBH, PBS Documentary Peers Inquiry Military Legal Resources, Library of Congress

Kateqoriya:Vyetnam müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:1968-ci ildəki münaqişələr Kateqoriya:Vyetnamda qətliamlar Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər