Suskənd — Azərbaycan Respublikasının Qax rayonunun Qum kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Suskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir.

Toponimikası Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qum kənd cəmiyyəti tərkibinə daxil olan Süskənd kəndində 33 evdə sünni etiqadlı müsəlman avarlardan (24 evdə 70 nəfər kişilər və 56 nəfəri qadınlar olmaqla toplam 126 nəfər), ingiloylardan (7 evdə 22 nəfər kişilər və 12 nəfər qadınlar olmaqla toplam 34 nəfər) və tatarlardanQeyd: azərbaycanlılardan (2 evdə 2 nəfəri kişilər və 4 nəfəri qadınlar olmaqla toplam 6 nəfər) ibarət 166 nəfər (94 nəfəri kişilər, 72 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893 Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. Hazırda kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışır.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan 13–22 aprel 2009-cu il Ümum-Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Süskənd kəndində 63 təsərrüfatda hər iki cinsdən toplam 227 nəfər əhali yaşamaqdadır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Həmçinin bax Qax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri