Böyük şəhərin işıqları () — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi.

Məzmun

Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur. Mütəəssir olmuş avara qıza qalxmağa kömək edir.

Bir gün avara sərxoş vəziyyətdə özünə qəsd etmək istəyən ekssentrik milyonçunun həyatını xilas edir. Lakin avara milyonçuda çox qəribə bir xüsusiyyət müşahidə edir. Milyonçu sərxoş olanda avaraya ən yaxın dostu kimi yanaşır. Ancaq ayılandan sonra onu tanımır və öz evindən qovur.

Avara öyrənir ki, Vyanadakı göz klinikasında əməliyyat qızın görməsinə səbəb ola bilər. Bunun üçün pul əldə etmək istəyən avara müxtəlif yollara əl atır. Küçələri gəzir, rinqdə boksla məşğul olur. Lakin təsadüfən sonra yenidən sərxoş və son dərəcə əliaçıq milyonçu ilə rastlaşır. Bədbəxtlikdən milyonçu ona pulları evinə oğrular girən vaxt verir. Artıq götürdüyü pulları gülsatan qıza çatdıran avaradan oğurluq etdiyi ilə bağlı şübhələnməyə başlayırlar. Onu həbsxanaya atırlar.

Avara isə həbsxanadan əvvəlkindən də pis vəziyyətdə çıxır. Bütün bu vaxt ərzində artıq gözlərinin müalicəsi uğurla başa çatmış qız gül dükanı açıb. Gülsatan qız heç vaxt öz "xilaskar"ının üzünü görməyib və həmişə bunun arzusundadır. Qız onu xəyalında varlı və gözəl təsəvvür edir. Həbsdən çıxmış avara təsadüfən həmin gül dükanının qarşısından keçir və sevinclə artıq gözləri açılmış qıza tamaşa edir. Qız yaxınlaşıb ona qəpik və gül vermək istəyəndə o, qaçmağa çalışır. Çünki avara öz görkəmindən utanır, qızla danışmaqdan çəkinir. Lakin qız əlinə toxunanda onu tanıyır. Onlar diqqətlə br-birinə baxırlar. "Siz?" – deyə qız təəccüblənir. Başı ilə təsdiq edən avara: "Artıq siz görürsünüz?" – deyə ondan soruşur.

Filmin həmin final səhnəsi dünya kinematoqrafiyasının tarixində ən kəskin və heyrətə layiq sonluqdur.

Film haqqında

Bu film pantomim formasında çəkilmiş romantik komediyadır. Filmdə avara ilə gülsatan qızın ilk görüş səhnəsi, yəni avaranın ilk dəfə qızın kor olduğunu bilməsi səhnəsi düz 5 günə çəkilmişdir. Filmin büdcəsi 1,5 milyon dollar təşkil edir. Filmin çəkilişləri 31 dekabr 1927-ci ildə başlamış və təxminən 3 il davam etmişdir. Film üzərində iş böyük böhran vaxtına təsadüf etmişdi. O zaman artıq bir neçə il idi ki, səsli kino yaranmışdı. Elə buna görə də Çaplin öz filmlərində musiqidən istifadə etmək imkanı əldə etmişdi. Film 22 yanvar 1931-ci ildə başa çatdırıldı. Ekran işinin ilk nümayişi 30 yanvar 1931-ci ildə Los-Ancelesdə olmuşdu.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Çarli Çaplin Rejissor: Çarli Çaplin Operatorlar: Qordon Pollok, Roland Totero Bəstəkar: Çarli Çaplin Prodüser: Çarli Çaplin

Rollarda

Çarli Çaplin – avara Virciniya Çerrill – kor qız Florens Li – nənə Herri Mayers – milyonçu Allan Qarsia – eşikağası Henk Mann – boksçu

İstinadlar

Xarici keçidlər

Video

İzlə

YouTube

Filmin sonluğu sayt YouTube

Azərbaycan dilində

1-ci hissə sayt YouTube 2-ci hissə sayt YouTube 3-cü hissə sayt YouTube 4-cü hissə sayt YouTube 5-ci hissə sayt YouTube 6-cı hissə sayt YouTube Filmi bütöv izlə sayt YouTube

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Çarli Çaplinin filmləri Kateqoriya:1931-ci ilin filmləri Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Alkoqolizm haqqında filmlər Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:San-Fransiskoda çəkilən filmlər