Böyük Quruluş Partiyası və ya qısaca BQP — Azərbaycanda Fazil Mustafa tərəfindən 2003-cü ildə təsis edilmiş, 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış, əvvəlcə mərkəz sol, sonra isə mərkəz sağ spektrda fəaliyyət göstərən siyasi partiya.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Böyük Quruluş Partiyasının üzvlərinin 66,3%-i kişi, 33,7%-i isə qadın olmuşdur.
Haqqında Böyük Quruluş Partiyası Fazil Mustafa rəhbərliyində 2003-cü ildə təsis edilmişdir.
2008-ci ildə Məhəmməd Soltanoğlunun rəhbərlik etdiyi rəsmi dövlət qeydiyyatı olmayan Milli Etimad Partiyası Böyük Quruluş Partiyasına birləşmə qərarı almışdır. Milli Etimad Partiyasının üzvlərinin fərdi şəkildə Böyük Quruluş Partiyasına üzv olması qərara alınmışdır.
2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.
Seçkilərdə 2005, 2010, 2015, 2020-ci illər parlament seçkilərində 1 nəfər — Fazil Mustafa millətvəkili seçilmişdir.
Parlament seçkiləri SeçkiSədrMajoritarSəs%Mandat2005100pxFazil Mustafa 2010 17 389 0.732015 34 156 1.202020 2024
Bələdiyyə seçkiləri Seçki Sədr Səs Yer # % ± 2009 Fazil Mustafa 2014 2019
Ara bələdiyyə seçkiləri Seçki Sədr Səs Bələdiyyə üzvü # % 2006 Fazil Mustafa 2011
İdeologiya İdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramının hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayılmasıdır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçilikdir.
İstinadlar
Mənbə Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 128–129.
Kateqoriya:Əlifba sırasına görə siyasi partiyalar Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:2005-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:Bizim Azərbaycan Blokuna üzv siyasi partiyalar Kateqoriya:Sağ mərkəzçi partiyalar Kateqoriya:Azərbaycandakı liberal partiyalar