Tippi Hedren (, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir.
Həyatı thumb|left|Tippi Hedren "Quşlar" filminin nümayişində; oktyabr, 2015-ci il. Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır.
Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir. Tippinin 18 yaşı olanda o, Nyu-Yorka gələrək bir model kimi öz karyerasını başlayır. 1950-ci ildə Tippi kinoda öz debütünü edir. Bu debüt "Balaca qız" musiqili komediyasındakı çox da böyük olmayan roldan ibarət idi. Lakin 1950–1960-cı illər arası Tippi Hedren özünün aktrisalıq fəaliyyətini davam etdirmir və yalnız bir model kimi işləyir.
1963-cü ildə ustad rejissor Alfred Hiçkok onu televiziya verilişlərinin birində görür və Tippi Hedreni yaxında çəkəcəyi "Quşlar" filmindəki Melani Deniels roluna dəvət edir. Rolu ifa etməyə razılıq verən Tippi sonradan bu obraza görə "Qızıl qlobus" (ən yaxşı aktrisa debütü) mükafatına layiq görülür.op cit, page A1 and A6. Daha sonra isə onun ifa etdiyi Melani rolu "Premiere" jurnalında dərc edilmiş bütün zamanların 100 ən möhtəşəm obrazını əks etdirən siyahıya düşmüşdür. Bu filmin uğurunun ardınca Tippi Hedren Hiçkokun daha bir filmində çəkilir. Bu, "Marni" adlanan psixoloji triller idi. Həmin filmdə Tippi Hedrenin tərəf-müqabili məşhur aktyor Şon Konneri idi.
Hiçkok Tippinin bənzərsiz ifasından sonradan çəkdiyi filmlərində də istifadə etməyi qərara aldı. Lakin Tippi Hedren artıq Hiçkokla işləməkdən imtina etdi. Bu qəfil imtina ona gətirib çıxardı ki, növbəti illərdə o, heç bir filmdə görünmədi. Səbəb isə ondan ibarət idi ki, Hiçkok onun rol təklifini rədd etdiyi üçün Tippi Hedrenə qarşı qəzəbli idi. Alfred Hiçkokun bütün bu illər ərzində kinematoqrafda tutduğu yer o qədər yüksəkdə idi ki, bütün rejissorlar onun fikrilə razılaşmış və Tippini heç bir filmə çəkməmişdilər. Yalnız 3 illik fasilədən sonra Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" filmində Marta roluna çəkilir.
1970-ci illərdə Hedren demək olar ki, filmlərdə heç çəkilməmişdi. Ancaq 1980-ci illərin əvvəllərində tez-tez televiziya ekranlarında və "Otel", "4400", "O qadın qətli yazıb", "Qaranlıq yerin nağılları" kimi bir çox seriallarda görünməyə başlayır.
Şəxsi həyatı Tippi 1952-ci ildə aktyor və prodüser Piter Qriffitlə ailə həyatı qurmuşdur. 1957-ci ildə onların ailəsində sonradan tanınmış aktrisa olmuş Melani Qriffit dünyaya gəlmişdir. 1961-ci ildə isə onların nikahı boşanma ilə sona çatdı. 1964-cü ildə Hedren öz agenti və çəkildiyi üç filmin prodüseri olan Noel Marşalla ərə gedir. 1982-ci ildə bu cütlük də boşanır. Onun üçüncü əri sahibkar Luis Barreneçi olmuşdur. Bu ailə 1985–1995-ci illərdə mövcud olmuşdur. 1995-ci ildə Luisdən boşanan Tippi 2002-ci ildə baytar həkim Martin Dinnesə ərə getmişdir.
Aktrisa Melani Qriffitin anasıdır.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1950 Balaca qız Ays Boks1963 Quşlar Melani Deniels1964 Marni Marni Edqar1967 Honkonqlu qrafinya Marta1970 Pələng quyruğu Rita Armstronq1970 İblisin məhsulu Marla Oaks1971 Cənab Kinqstritin müharibəsi Meri Kinqstrit1973 Harrad təcrübəsi Marqaret Tenhauzen1981 Nərilti Medelin1982 Fosfor işığı Elizabet Morqan1989 Ölümcül casus oyunları Çestiti1990 Gecənin soyuğunda Klara1990 Pasifik-Hayts rayonu Florens Piters1994 Terezanın tatuajı Evelin Hill1994 Qaçılmaz gözəl Marsiya Stivens1996 Vətəndaş Rut Cessika Ueys1997 Malliqanlar Dotti1998 Ayrılma ana1998 Öldüyüm gün tez ayıldım Meylinda Osted1999 Nağıl danışanlar Lilian Qlosner2001 Nənəmlə çay dəstgahı Rae2001 Meyvəli dondurma xanım2003 Heysmanın axtarışı Mişel Labner2003 Qara canavar Meri2003 Rouzun bağçası Rouz2003 Culi və Cek Culi Maknil2004 Dahinin oyanışı Beyb2004 Qəzəb fikri Uilma Rendolf2004 Ürək oğruları Meri Ceyn Hatçinson2005 Sıfır brilyantı Eleanor Kelli2007 Sonuncu müttəfiq: Robert Adamsın hekayəsi xanım Adams2007 Ölü yazısı Minni2008 Onun xəstə arzusu Qloriya2012 Ceyn Mensfildin maşını Naomi Kolduell2012 Pulsuz nümunələr Betti2013 Babilə qayıdış xanım Pibodi2015 Kabus və balina Tippi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Minnesotada doğulanlar Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları