Xazarud və ya Xazayurd mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Azay sultan idi.
Əhalisi 1821-ci ildə 2 oba (Haputlu və Şıxlı) və 7 kənddə (Mican, Qalınçaq, Xanağalı, Qalagah, Uştal (Üştala), Yenikənd, Uruşan) 551 ailə yaşayırdı.
İqtisadiyyatı Xazayurd mahalının sakinləri əkinçilik, bağçılıq və baramaçılıq, ipəkçilik, ilə məşğul olurdular.
İstinadlar
Həmçinin bax Şirvan xanlığı
Xarici keçidlər
Kateqoriya:Şirvan xanlığının mahalları