Jerar Filip (; ) — Fransanın görkəmli teatr və kino aktyoru.
Həyatı Jerar Filip 4 dekabr 1922-ci ildə Kann şəhərində anadan olmuşdur. O, ilk dəfə teatr səhnəsinə 1942-ci ildə aktyorluq kursunu bitirdikdən sonra çıxmışdır. Onun teatr səhnəsində ifa etdiyi ən uğurlu rollardan biri 1953-cü ildə Uilyam Şekspirin "II Riçard" əsərində oynadığı Riçard obrazı olmuşdur Фанфан-тюльпан навеки. Bu – Jan Viların teatrında olmuşdur. Jerar Filip 1943-cü ildə kinoda debütünü etmişdir.
Jerar Filip 25 noyabr 1959-cu ildə Parisdə qaraciyərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Filmoqrafiya
İl Azərbaycanca adı Orijinal adı Rol1946 İdiot L'Idiot Mışkin1947 Bədəndəki iblis Le Diable au corps Fransua Jober1948 Parm monastırı La chartreuse de Parme Fabrisio del Donqo1949 Bütün yollar Romaya aparır Tous les chemins mènent à Rome Qabriel1950 İblisin gözəlliyi La Beauté du diable gənc Anri Faust1950 Karusel La Ronde qraf1951 Cülyetta və ya yuxugörmənin açarı Juliette ou la Clé des songes Mişel Qrandye1952 Fanfan-zanbaq Fanfan La Tulipe Fanfan-zanbaq1952 Yeddi ölümcül günah Les Sept Péchés capitaux rəssam1954 Qırmızı və qara Le Rouge et le noir Jülyen Sorel1954 Versal sirləri Si Versailles m'était conté d'Artanyan1955 Böyük manevrlər Les Grandes Manoeuvres leytenant Arman de la Vern1955 Ən gözəl illər La meilleure part mühəndis1956 Əgər bizə Paris haqqında danışsaydılar Si Paris nous était conté Le Truver1956 Til Ulenşpigelin macəraları Les Aventures de Till L'Espiègle Til Ulenşpigel1957 Özgə arvadları Pot-Bouille Oktav Mure1958 İkilikdə həyat La Vie à deux Odettanın yeni qulluqçusu1958 Monparnas, 19 Montparnasse 19 Amadeo Modilyani1958 Qumarbaz Le Joueur Aleksey İvanoviç1959 Təhlükəli əlaqələr Les Liaisons Dangereuses Vikont de Valmon1959 El Paodakı qızdırma La Fièvre monte à El Pao Ramon Vaskes
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Kannda doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa kommunistləri Kateqoriya:Qaraciyər xərçəngindən ölənlər Kateqoriya:XX əsr aktyorları