Börilər və ya Börüoğulları (1117–1154) – Şam və ətrafında qurulmuş yarım müstəqil feodal dövlət, Böyük Səlcuq İmperiyası daxil olan Türk Atabəyliyi.

Tarixi 150px|thumb|right|1100-cü il Səlcuqlularda idarəçi olaraq təyin edilən şahzadələrin yanına atabəy olaraq adlandırılan təcrübəli dövlət adamları verilərdi. Atabəy dövlətin zəiflədiyi dövrlərdə olduğu bölgədəki rəhbərliyi ələ keçirib dövlətləşmişdirlər. Xanədanın ikinci Atabəyi "qurd" mənasını verən böri adını daşıdığı üçün xanədan da bu adla tanınırdı. 8 iyun 1104-cü ildən etibarən mərkəzi Şam olaraq Böyük Səlcuq Dövlətinə bağlı bir şəkildə Suriya və Livanın böyük hissəsini idarə edirdilər. 1148-ci ilin iyul ayında İkinci Səlib yürüşü zamanı xristianların Şama hücumlarını nəticəsiz buraxmağı bacarmışlar. 26 aprel 1154-cü ildə Şam daxil olmaqla bütün ərazisinin bir başqa atabəylik Zengin tərəfindən fəth edilincə, Börilər də tarix səhnəsindən siliniblər.

Hökmdarları Zahir əd-Din Tuğtəkin () (ö. 12 fevral 1128-ci il) — 1117–1128-ci illər Tac əl-Mülük Böri ibn Tuğtəkin (ö. 7 iyun 1132-ci il) — 1117–1128-ci illər Şəmsül-Mülük İsmayıl ibn Böri ibn Tuğtəkin (ö. 1 fevral 1135-c il) — 1132–1135-ci illər Şihab əd-Din Mahmud ibn Böri ibn Tuğtəkin (ö. 23 iyun 1139-cu il) — 1135–1139-cu illər Cəmal əd-Din Məhəmməd ibn Böri ibn Tuğtəkin (ö. 29 mart 1140-cı il) — 1139–1140-cı illər Mucir əd-Din Abak ibn Məhəmməd ibn Böri ibn Tuğtəkin (ö. 1169-cu il) — 1140–1154-cü illər 26 aprel 1154-cü ildə Hələb Atabəyi Nur əd-Din Mahmud Zəngi Şam (Dımaşq) şəhərini tutdu və Tuğtəkinlilər hakimiyyətini suquta uğratdı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Bəyliklər Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:XII əsrdə Asiya