İsmayıl Əlibəyov (24 dekabr 1902 - 12 mart 1988) - Azərbaycanın ilk kişi radio diktoru.
Haqqında 1902-ci il 24 dekabrda Bakıda anadan olub. O zamankı Politexnik İnstitutunu bitirib. Azərbaycan radio tarixinin ilk kişi diktorudur. Amma bu onun əsas işi olmayıb. İsmayıl Əlibəyov dövrünün gidroenergetika sahəsində ən tanınmış və azsaylı mütəxəssislərindən olub. Ömrünü SSRİ, İran, Vyetnam, Laosun gidroenergetikasının inkişafına həsr edib. 1988-ci ildə Bakıda vəfat edib.
Həmçinin bax
Xarici keçidlər Radiomuzun ilk diktorları - Xatirələr və səslər…
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Diktorlar