Nöydün — Azərbaycan Respublikasının Quba rayonunun Şuduq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Nöydün oyk, mür. Dağətəyi ərazidədir. Noydun variantında da qeydə alınmışdır. Kənd keçən əsrdə qonşu Şuduq kəndindən aynlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki noy/növ (yeni, təzə) və türk dillərindəki dinldın (düşərgə, daya¬nacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Təxminən 300 nəfər əhalisi var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 310 nəfər əhali yaşayır. Əhalisi tatlardır. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri