Sinir ( qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; bunlar xaricdən adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – , ya sinir kötüyü – əmələ gətirir. Hər bir sinir xaricdən deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını () və sinir kötüyünü innervasiya edən sinir liflərini () müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır.
Sinir lifləri Sinirləri təşkil edən sinir lifləri fizioloji cəhətdən müxtəlif olur; hər bir sinir lifi müəyyən qıcığı nəqletmə qabiliyyətinə malikdir. Sinir lifləri vəzifə etibarilə aşağıdakı növlərə bölünür: Reseptor və afferent liflər; Effektor ya efferent liflər; Qapayıcı liflər; Bitişmə ya komissural liflər – mərkəzi sinir sisteminin simmetrik nahiyələrini bir-birilə birləşdirən liflər; Damardaraldıcı hərəki liflər (). Damargenəldici hərəki liflər (). Damardaraldıcı hissi pressor liflər (). Damargenəldici issi depressor liflər (). Sürətləndirici liflər () Tormozlayıcı liflər. Sekretor və ya ifrazetdirici liflər Trofik və ya qidalandırıcı liflər. Sinir liflərinin mərkəzi sinir sistemindən çıxan hissəsinə kök – deyilir. Bir çox nahiyələrdə sinrlər bir birinə şaxələr verir; bəzi yerlərdə bu rabitələrin sayı o qədər çox olur ki, nəticədə kələf – əmələ gəlir. Buraya onurğa beyni sinirlərinin ön şaxələrinin əmələ gətirdiyi kələflər (boyun kələfi, bazu kələfi və s.) daxildir.
Mənbə Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р.Д.Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər Anatomy: Embryologie Neuroscience for Kids The Human Brain Project Homepage Kimball's Biology Pages, CNS Kimball's Biology Pages, PNS elektronenmikroskopische Bilder von Nerven
Həmçinin bax Sinir sistemi
İstinadlar
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Sinir sistemi Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Sinirlər Kateqoriya:Neyroanatomiya Kateqoriya:Yumşaq toxuma