Avatar və ya Ceyms Kemeronun Avatarı (, ) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.
Süjet
thumb|left|160px|Pandorada Uçan Dağlar. Əhvalat 2154-cü ildə Pandora planetində baş verir. Planet müxtəlif bitki və heyvan növləri ilə zəngindir. Həmin planetdə insanların "RDA" ("Resource Development Administration") korporasiyası anobtanium adlı qiymətli mineral çıxarır. Pandora Yerə oxşar bir cisimdir, lakin onun atmosferi insan üçün zəhərlidir və buna görə insanlar maskalar geyirlər. Pandorada hündür, insanabənzər, lakin mavi dərili məxluqlar yaşayırlar.
Anobtanium çıxarmasına görə insan-Na’vi münasibətləri pisləşdirir. Həmin münasibətləri təkmilləşdirmək üçün insanlar Na’viyə oxşar süni bədənlərin (avatarların) yaradılması üzrə proqram həyata keçirirlər. Avatarları isə insanlar uzaqdan idarə edirlər. Lakin onlardan biri — Tom ölür və Tomun yeri onun əkiz qardaşı Ceyk Salli (Sem Uortinqton) tutmağa başlayır. Pandorada Ceykin avatarı Neytiri adlı bir Na’vi qadınıyla (Zoi Saldana) rast gəlir. Bundan sonra Ceykin avatarına Can Ağacı toxumları enir və Neytiri avatarı öz nəsilə qəbul edir. Çətin öyrənmə nəticəsində Ceykin avatarı Na’vi qabiliyyətləri və davranışına malik olur. Lakin Ceykin tapşırığı Na’vi ilə mürəkkəb münasibətlərinin şəraitlərində boşa çıxır və insanların Pandoradakı hərbi qarnizonun komandanı Maylz Kuoritç (Stiven Lenq) Ceykdən dönür.
İnsan hərbçiləri Na’vi xalqının anobtanium yataqlarının verməməsi səbəbinə görə Pandora təbiətini dağıtmağa başlayırlar. Ox-yayla silahlanmış Na’vilər insanların hərbi texnologiyasına qarşı heç bir şey edə bilmir. Lakin bu anda müdaxiləçilərə qarşı durmuş Pandora təbiəti onlara xidmət edir. Filmin axırında Ceyk tamamilə öz avatara keçir, halbuki bəzi avatarlar operatorları Pandorada qalmağa icazə alırlar.
Rollarda Sem Uorinqton - Ceyk Salli Zoe Saldana - Neytiri Siqurni Viver - Qreys Oqustin Stiven Lenq - Mayklz Kuoritç Mişel Rodriqes - Trudi Çakon Covanni Ribizi - Parker Selfric Coel Devid Mur - Norm Spellman Si Si Eyç Paunder - Mo'at Laz Alonso - Tsu'tey Ues Styudi - Etukan Dilip Rao - Maks Patel
Videooyun 2009-cu ildə Ubisoft Montreal şirkəti tərəfindən, filmin çıxış tarixinə 17 gün qalmış James Cameron’s Avatar: The Game istehsal edilmişdir.
İstinadlar
Xarici keçidlər
Filmin rəsmi saytı Pandorapedia
Həmçinin bax
Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:IMAX filmləri Kateqoriya:Uydurmada üsyanlar Kateqoriya:Ceyms Kemeronun filmləri Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin kosmik macəra filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Əlillik haqqında filmlər Kateqoriya:Yadplanetlilər haqqında filmlər Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Üsyanlar haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika macəra filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Ən Yaxşı Elmi-fantastika filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Dune Entertainment filmləri Kateqoriya:Elmi-fantastik müharibə filmləri Kateqoriya:Ətraf mühit haqqında filmlər Kateqoriya:Transhumanizm haqqında filmlər Kateqoriya:Holoqrafiya haqqında filmlər Kateqoriya:Dünya rekordçuları