Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Toponimikası Xaltan oyk., sadə. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Coğrafiyası və iqlimi Xaltan kəndi dağətəyi ərazidə yerləşir.

Həmçinin bax Xaltan bulağı Xaltanlı Tağı Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri