Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli əhalinin məlumatına görə, oykonim "şam ağaclan çox olan yer" mənasındadır. Kəndin ərazisi qədim yaşayış məskənlərindən biri hesab edilir. Türk dil­lərində şam sözünün "sucaq yer, bataqlıq", "qamış", "iti uclu" mənaları da var.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993481671812009↗371↗184↗187

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Şamlıq kənd kitabxana filialı, Şamlıq poçt şöbəsi (AZ6037) fəaliyyət göstərir.

Təhsil Kənddə Məzahir Quluyev adına Şamlıq kənd tam orta məktəbi fəaliyyət göstərir. 220 şagird yerlik tam orta məktəb binası 1 sentyabr 2014-cü ildə istifadəyə verilmişdir.Tovuzun Şamlıq kəndində yeni məktəb binası simsar.az Bundan başqa kənddə Şamlıq kənd ümumi orta məktəbi dəAzərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) fəaliyyətdədir. 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Böyük Qışlaq kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri