Pastorál — (fransız dilində: çobana aid, çoban (sif.)) çoban həyatını idilliyya şəklində təsvir edən bədii (ədəbiyyat), təsviri (təsviri incəsənət) və ya musiqi əsəri. Pastoral olur: Pastoral musiqi. Təbiəti və ya kənd həyatını səsləndirən musiqi əsərləri. Pastoral musiqisinə 6/8, 12/8 ölçülər xarakterikdir. Vivaldi, Skarlatti, Kuperen, Bax və digər bəstəkarların yaradıcılığında pastoral musiqiyə yer ayrılmışdır. Bethovenin hətta məşhur Pastoral simfoniyası da var. Kənd həyatını təsvir edən opera, pantomima, yaxud balet. Pastoral operalarını Qlük, Mosart, Lülli, Ramo yazmışlar. Bukolika. Çobanların həyatını təsvir edən antik poeziya. Bukolika dünyagörüşünü canlandıran Avropa ədəbiyyatı növü.
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:İncəsənət janrları Kateqoriya:Təsviri incəsənət janrları Kateqoriya:Ədəbi janrlar Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Heyvandarlıq