() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali Amerikada təbii yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir. Çiçəklərin diametri 2 sm, çiçək qrupunun diametri 15 sm-ə qədərdir. Meyvəsi qutucuq, ölçüsü 3 mm-dir. Meyvələri oktyabrda yetişir. Vegetasiyası mayın ortasından oktyabra qədərdir. Toxumları xırda, qanadsızdır. Bitki qələmlərlə asanlıqla çoxalır. Qələmlər 100% kök atır. Həyat müddəti 50 ildir.
Ekologiyası Soyuğa az davamlıdır. Quraqlığı sevmir. Torpaqda əhəngin olmasını digər növlərə nisbətən daha yaxşı keçirir. Torpaq yumşaq və rütubətli saxlanılmalıdır.
Azərbaycanda yayılması Böyük Qafqazda, Lənkəranda, Astarada rütubətli bölgələrdə becərilir.
İstifadəsi Tək və qrup əkinlərində çox effektli bitkidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:ABŞ florası