() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası Lamiaceae fəsiləsinə aid hündürlüyü 20–35 sm olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü mövcuddur. Kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəklədikdə və ya ondan əvvəl yığılır. Kəklikotundan kulinariyada (xüsusilə konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Bitkinin ən geniş tətbiq sahələrindən biri də tibbdir. Zoğları nazik, qonur rəngli və sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür — çox vaxt kökləşərək əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır. Çiçəkləri kiçik ölçülü, çəhrayı və ya bənövşəyi-çəhrayı rəngli, ikidodaqlıdır. Başcıq çiçək qrupunda seyrək toplanmışdır. Meyvəsi quru olub dörd fındıqcığa bölünür. Kəklikotu iyun–iyul aylarında çiçəkləyir, meyvəsi avqust–sentyabrda yetişir. Toxumla və vegetativ yolla çoxalır. 1000 toxumun kütləsi 0,3–0,5 qramdır. Bitki 30 ilə qədər ömür sürə bilir.

Tarixi Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər. Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın ilahlar tərəfindən qəbul edildiyi hesab olunurdu. Kəklikotu yunanlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə Müqəddəs Məryəmin ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Plininin əsərlərində kəklikotuna rast gəlinir.

Dərman xammalı kimi Sürünən kəklikotunun yerüstü hissəsindən istifadə olunur. Bıçaq və ya sekator vasitəsilə çiçəkləmiş zoğlar kəsilir. Zoğların ağaclaşmış aşağı hissəsi istifadəyə yararsızdır. Bitkinin kökündən qopmamasına diqqət yetirilməlidir. Yaşıl zoğların bir hissəsi bitkinin vegetativ çoxalması üçün saxlanılır. Kəklikotu açıq havada kölgədə, yaxşı havalanan otaqda və ya çardaqda nazik qatla sərilərək qurudulur. 3–5 gün müddətində qurudulduqdan sonra xammal ovulur və kobud hissələri ayrılır. Quruducu şkaflarda 35–40 °C temperaturda qurudulur. Xammalın yararlılıq müddəti 3 ildir. Ətirli iyə, acı-ədviyyatlı, azca yandırıcı dada malikdir.

Adi kəklikotunun toxumları müalicəvi əhəmiyyətə malikdir. Bunlar çətirlərin yarıdan çoxu yetişəndə yığılır. Toxumların tökülməsinin qarşısını almaq üçün yığım səhər və ya axşam aparılır. Bitki bıçaq vasitəsilə zoğundan kəsilir və çardaqlarda qurudulur. Daha sonra üyüdülür, ələklərdən keçirilir və üfürülmə yolu ilə toxumlar təmizlənib ayrılır. Xammalın istifadə müddəti 3 ildir. Bitki kəskin ətirli iyə və acı-ədviyyatlı, yandırıcı dada malikdir.

Kimyəvi tərkibi Sürünən kəklikotunun yerüstü hissəsində 0,6%-ə qədər efir yağı vardır ki, onun da əsas hissəsini timol təşkil edir. Bundan başqa, efir yağının tərkibində karvakrol, terpineol, borneol kimi komponentlər var. Kəklikotunun tərkibində həmçinin aşı maddələri, ursul və oleanol turşuları, flavonoidlər, mineral duzlar, dəmir, selen, bor kimi maddələr aşkar olunub.

Adi kəklikotunun toxumları tərkibində zülallar, efir yağı (karvon, limonen, karvakrol), flavonoidlər, triterpen birləşmələri, piqmentlər, aşı maddələri, C vitamini və s. saxlayır. Bu ədviyyat həmçinin piridoksinin (B6 vitamini) mənbəyi sayılır.

Xeyirli və ziyanlı tərəfləri Geniş antioksidant tərkibinə görə o, orqanizmi onkoloji və ürək–damar xəstəliklərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kaliumun yüksək konsentrasiyasına görə o, arterial təzyiqi normallaşdırma gücünə malikdir.

Dəri, sinir xəstəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də nevrit, seboreyalı dermatit və qlossit zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.

Hər bir məhsulda olduğu kimi, bu bitkinin də ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunun həddindən artıq qəbulu arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər, buna görə də hipertoniklərin bu məhsulu məhdud miqdarda qəbul etmələri məsləhət görülür. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqdakı toksik maddələri özündə topladığına görə, ekoloji cəhətdən təmiz olmayan rayonlardan toplanan məhsul orqanizmə ziyan vura bilər.

Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, çünki o, selikli qişanı qıcıqlandırır. Lakin bitki prostatit və kişilərin reproduktiv funksiya problemlərinə müsbət təsir göstərir. Bu hallarda bitkini dəmləyib məhlul halında içirlər.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları