Məzmun Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.

Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur.

Festivallar və mükafatlar 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev

Rollarda Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi

Filmi səsləndirənlər Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur)

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33–34. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 190; 227–230; 310.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər