() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir.
Botaniki xarakteristikası Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür. Sütuncuğun uzunluğu 3 sm-dir.
Ekologiyası İstiyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması Respublikamızda mədəni şəraitdə becərilir.
İstifadəsi Səhiyyədə və səbətlərin hazırlanmasında, yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1817-ci ildə təsvir edilən bitkilər