Yeni erməni müqaviməti – erməni terror qrupu.

1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir. Qrupun fəaliyyəti barədə çox az məlumat mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törətmişlər. Bu təşkilatdan başqa heç bir erməni terror təşkilatı SSRİ-yə qarşı terror aktları həyata keçirməyib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiyanı” və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyirdi.

Qrupun son aksiyası 1983-cü ilin fevralında Belçikada türk turizm agentliyinə qarşı olub. Bundan sonra qrup heç bir terror aktı törətməyib və fəaliyyətini dayandırıb.

Həmçinin bax

Erməni terrorizmi

Xarici keçidlər

Новое армянское сопротивление Terror təşkilatlarının siyahısı

Kateqoriya:Erməni terror təşkilatları Kateqoriya:ASALA Kateqoriya:Partizan hərəkatları