Rəşid Qumaroviç Nurqaliyev (; ) — Rusiya Federasiyasının daxili işlər naziri, ordu generalı.

Həyatı 1956-cı il oktyabrın 8-də hərbçi ailəsində anadan olmuşdur. Tatar əsilli müsəlmandır. Nurqaliyev 1979-cu ildə Petrozavodsk (Kareliya) şəhərində iqtisadiyyat fakültəsini bitirib.

1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı-nın kəşfiyyat təşkilatı KQB-yə (DTK) daxil olub və Kareliya Muxtar Respublikasının terrorla mübarizə şöbəsinin başçılığına qədər yüksəlib.

1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın Federal Kəşfiyyat Təşkilatı (FSK) və bu təşkilatın davamı olan Federal Təhlükəsizlik Xidməti FSB-də müxtəlif vəzifələrdə xidmət etmişdir.

2002-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

2 yanvar 2004-cü il tarixində Rəşid Nurqaliyev Rusiya Federasiyasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib.

R. Nurqaliyev ailəlidir və iki uşağı var.

Həmçinin bax Rusiya Federasiyası

Xarici geçidlər

Nurqaliyevin Rusiya Daxili İşlər Nazirliyinin internet saytındakı tərcüməyi-halı (Rusca)

Kateqoriya:Tatar generallar Kateqoriya:Rusiya daxili işlər nazirləri Kateqoriya:Milisonerlər Kateqoriya:"Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər (SSRİ) Kateqoriya:FTX əməkdaşları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları