ANS ÇM Radiosu — Azərbaycanda ilk özəl radio kanalı.

Tarixçə 1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Stansiya, Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi. Radio stansiyaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verilib. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

2014-cü ilin yazından etibarən "Qafqaz Top 10"luq layihəsini yayımlayır. Bu layihədə bütün Qafqaz xalqlarının, o cümlədən azərbaycanlı, erməni, gürcü və digər millətdən olan müğənnilərin mahnıları səsləndirilir. Layihə bəzi media orqanları tərəfindən tənqid edilmişdi. "Xəbərçi" verilişinin qonağı olmuş Mirşahin Ağayev açıqlamasında "ANS ÇM Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyır, Azərbaycan Dövlət Radiosu hər gün saat 13:00-dan 14:00-a kimi erməni dilində verilişlər hazırlayır, CBC kanalı hər gün saat 16:00-dan 17:00-a kimi erməni dilində xəbərlər yayımlayır, Azərbaycanda erməni dilində sayt var (armenia.az), bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətə yaxındır" demişdi.

18 iyul 2016-cı ildə ANS TV ilə birlikdə fəaliyyətini dayandırmışdır.

16 fevral 2023-cü ildə fəaliyyətini internet yayımı ilə davam etdirir.

Həmçinin bax ANS Şirkətlər Qrupu ANS TV ANS Press Çingiz Mustafayev Fondu Bakı Film

Xarici keçidlər ANS ÇM | Web ANS ÇM | Facebook ANS ÇM | Twitter ANS ÇM | Instagram ANS ÇM | Telegram

İstinadlar

Kateqoriya:2016-cı ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Bakı kütləvi informasiya vasitələri Kateqoriya:1994-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan radiostansiyaları