() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan cinsi.
Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır. Azərbaycanda dolaşalar düzənliklərdə yayılmışdır. Monoqamdırlar. Köçəri, bəziləri isə oturaq quşlardır. Koğuşlarda, evlərin damında koloniyalarla yaşayır.
Dünyanın ən yaşlı qarğası olduğuna inanılan qarğa 59 yaşında ölmüşdür.Crow Believed to Be Oldest in World Dies . Associated Press via Washington Post (7 July 2006)
Qidalanması Meyvə-tərəvəz, taxıl, toxum, ət (leş), böcəklər və s. ilə qidalanır.
Təkamül tarixi və sistematikası thumb|bir Qarğa budaqda
Qarğa cinsinin üzvlərinin Orta Asiyada inkişaf etdiyinə və oradan Şimali Amerika, Afrika, Avropa və Avstraliyaya yayıldığına inanılır. Təkamüllə bağlı son sübutlar avstraliyalı qarğalar ailəsinin mənşəyini göstərir.
Etimologiyası Qarğa türk sözü olub qara quş deməkdir.
Növləri
İstinadlar
Həmçinin bax Corvus fuscicapillus Corvus nasicus
Kateqoriya:İran quşları Kateqoriya:Danışan quşlar Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları