Cəmil Niftəliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur.

Döyüşlərdə iştirakı Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı. 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın adını daşıyır.

Həmçinin bax Birinci Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü

Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 231.

İstinadlar

Xarici keçidlər Niftəliyev Cəmil Cəmil Niftəliyev

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Yardımlıda doğulanlar Kateqoriya:Ağdamda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları