Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir.

Məzmun Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir.

Film-Tamaşanın Heyəti

Film-Tamaşanın üzərində İşləyənlər

Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.

Rollarda

Firəngiz Mütəllimova-Mərcan Hicran Nəsirova(Hicran Qəşəmova kimi)-Tahirin qızı Fəxrəddin Manafov-Şamil Telman Adıgözəlov-Kamil Əliağa Ağayev-Dayı Səyavuş Aslan-Nadir Səməndər Rzayev-Şakir Şirinov Yaşar Nuri-Surxayzadə İlham Namiq Kamal-Paşa Paşayeviç Kübra Əliyeva-Nadirin arvadı Ofeliya Aslan(Ofelya Aslan kimi)-Şirinovun arvadı Gülşən Qurbanova-Tahirin arvadı Nəzirə Salmanova-Şamilin anası Afaq Bəşirqızı-Darçınbəyim Əzizağa Qasımov-Toy iştirakçısı Hamlet Qurbanov-Tahir Mahirov Atabala Səfərov-Ləzgi Bərbər Xanlar Muradov Arif Quliyev-Bazar satıcısı Ələsgər Məmmədoğlu-Şair Elxan Ağahüseynoğlu-Qəmbər Bəhram Əliyev-Qaraş Mirzə Ağabəyli-Təzəbəy

Xarici keçidlər Filmi izlə: "Yazıçı Anar" kanalı Mədəniyyət TV-də izlə Sirdaş Evləri Köndələn Yar 31 12 2016

Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ramiz Həsənoğlunun filmləri Kateqoriya:Tariyel Vəliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması