Digah — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir.

Toponimikası Yerli əhali arasında həm də Ləzgi Digah da adlanır. Kənd Quruçay və Qudyalçayın arasında, düzənlikdədir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1725 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış sakinləri Müzəffər Məlikməmmədov — ləzgi şair, jurnalist və tədqiqatçı.

Qalereya

İstinadlar

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri