Franklin Delano Ruzvelt (; ) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945).

Həyatı Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu. Franklin Delano Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.

Onun tarixi xidmətləri arasında "Böyük Depressiya"nın aradan qaldırılması, SSRİ ilə münasibətlərin yaxşılaşdırılması və İkinci dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar.

Həmçinin bax Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı

İstinadlar

Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Masonlar Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1944) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1940) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1936) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1932) Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Beyin qansızmasından ölənlər Kateqoriya:Əlil arabası istifadəçiləri Kateqoriya:Amerikalı masonlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Antiimperializm Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları