Füzuli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində qəsəbə.

Tarixi Gəncə–Qazax düzənliyindədir. Keçmiş adı Əzizbəyov adına sovxozun 2 nömrəli malikanəsi olmuşdur. Yerli əhali arasında İkinci Şöbə də adlanırdı. Yaşayış məntəqəsini 1925-ci ildə həmin rayonun Qaracəmirli kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. 1965-ci ildə M.Füzülinin adı ilə adlandırılmışdır. Memorial toponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun qəsəbələri Kateqoriya:Məhəmməd Füzulinin şərəfinə adlandırılmış yerlər