Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə.

Haqqında Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır.

Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s. mövcuddur.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 127

Qəsəbə şimaldan Puta, cənubdan isə Qızıldaş qəsəbəsi ilə həmsərhəddir. Qərbində isə Bakı Qulaqları yerləşir. Bu dağın da ən yüksək zirvəsi məhz qəsəbənin adı ilə Kərkəs dağı adlanır.

Ərazisində 1 sənaye müəssisəsi, 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi və kitabxana var.

Şəxslər Ağabəy Məmmədquliyev — Vətən müharibəsi şəhidi

Xarici keçidlər Korgöz bələdiyyəsi

Həmçinin bax Qızıldaş Puta

İstinadlar

Kateqoriya:Qaradağ rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri