Qaramahmudlu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Köhünlü kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Qaramahmudlu oyk. Şirvan düzündədir. Digər keçmiş adı Baxşı burnudur. Yaşayış məntəqəsini qaramahmudlu nəslinə mənsub ailələr saldığı üçün belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Rusiya imperiyasının yaşayış məntəqələrinin siyahısında kəndin adı Qışlaq–Baxşı kimi verilib. Həmçinin siyahıya əsasən qaramahmudlular əvvəllər köçəri həyat tərzi sürmüşlər.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 489 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri