Bala Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Cəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Bala Kəngərli oyk., mür. Tərtər r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır; Keçmiş adı Çılpaq Kəngərli (Çılpaq adlanan yerdə salındığı üçün) olmuşdur. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 274 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri