Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. thumb|Müasir sərhədlər daxilində Qarabağ xəritəsi: Dağlıq Qarabağ, Düz Qarabağ, Zəngəzur, Qarabağın maksimum tarixi sərhədləri.

Toponimikası X əsrə aid ermənicə mənbədə bu adın türk dillərində rəng bildirən "qara" və "bağ" sözlərindən ibarət olması haqqında "sevayçı" ("qara bağ") ifadəsinə rast gəlinir. Qarabağ adının mənası haqqında indiyədək söylənilmiş bütün, o cümlədən onun qara ("çoxluq" və "böyük" və bağ (baxça) sözlərindən ibarət olmaqla "çoxlu bağlı-bağatlı yer" fikri yanlışdır. M. Seyidov bu adın qara "başçı", "böyük" və bağ "xalqın bir hissəsi" sözlərindən ibarət olduğunu yazmışdır. Qarabağ toponiminin xüsusilə -lar şəkilçisi ilə yayılma arealı onun tayfa (el) adı olduğunu göstərir. Qarabağlar (Gürcüstanda Kaspi r-nunda kənd adı), Qarabağ şəhər xarabalığı (Türkiyənin Qars əyalətinin Ərdahan mahalında), Türkiyədə Sürməli mahalının Diqar r-nu həm də Qarabağ adlanmışdır. Ağcaqala ("Kitabi-Dədə Qorqud" da çəkilir) da həmin Qarabağ adındandır. Osmanlı dövlətinin dövründə Qarabağ Ağcaqala sancaqlığının mərkəzi olmuşdur. İrəvan xanlığının ərazisində 8 Qarabağ, Qarabağın və Qarabağlı (Aşağı və Yuxarı Qarabağlar Naxçıvanda Qarabağlar, Tiflis quberniyasının Sıqnax qəzasında Qarabağlı dağ və kənd adı (yenə orada) və s. məhz Qarabağ tayfa adı ilə bağlıdır. "Qarabağ" adının mənşəyi mənası barədə fikirlər müxtəlifdir. Ə. Ələkbərov bu adı Qarqar tayfa adı ilə əlaqələndirmişdir. İlk dəfə Q. Ə. Qeybullayev Qarabağ adının peçeneqlərin Qarabağ tayfa adı ilə əlaqədar olduğunu sübut etmişdir. XIX əsrin I yarısında Gəncə qəzasında yaşamış bir maldar el Qarabağlar adlanırdı. Xanlar r-nunda Qarabağlar kənd adı həmin maldar elin adı ilə bağlıdır. Göyçay rayonunda Qarabağlar kəndi Qurt-Qarabağlar elinin adındandır. Naxçıvanda Qarabağlar kənd adı Kəngərli tayfasının bir qolunun adındandır. Tovuz r-nunda Qarabağlılar Qazax elinin Qarabağlı tirəsinin adındandır.B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005

Etimologiya Azərbaycan-türk mənşəli sözdür. "Qarabağ" adının etimoloji mənasına erkən orta əsrlərə aid tarixi qaynaqlarda (VII əsr) rast gəlinir. Qarabağ bölgəsi əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Elmi mülahizələrə görə, Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi qədim tarixə malikdir. Azərbaycan türkcəsində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "əzəmətli", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.

İlkin mənbələrdə (XII–XIII əsrlərə qədər) Qarabağ sözü ayrı-ayrı, fərqli adlarla verilir. Bu bölgə Gerger, Uti, Utik, Udin, Otena, Kara, Karalar, Arsak v.s adlar altında qeyd edilirdi. Bəzi tədqiqat əsərlərində isə Qarabağ sözünün yaranması Qarabağ bölgəsində yaşayan tayfaların adı ilə də bağlanılır. Bu ərazi Albaniyanın tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı.[Şimali Azərbaycanın Qarabağ Regionunun Coğrafi Tarixi] Atatürk Araştırma Merkezi Dergisi, Bəxtiyar Həsənov, səh 448–450

Tarix

Qədim dövr

Orta əsrlər

Qarabağ xanlığı

1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad və ya Şuşa adlandırılırdı.

1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.Əmrahov Mais, Çingizoğlu Ənvər, Həsənov Habil.s.172. İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağa Məhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.

1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi.Potier, Tim (2001). Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal. Martinus Nijhoff Publishers, 1. ISBN 90-411-1477-7. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heç bir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.

İbrahimxəlil xanın ölümündən sonra 1806-cı ildə hakimiyyətə Mehdiqulu xan gəldi.Zemfira Hacıyeva.s.66. 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu. Mehdiqulu xan sonradan xahiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.Mustafazadə Tofiq.s.206.

1828–1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140.000 erməni köçürüb. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, 19-cu əsrin birinci yarısı ilə (1811-ci il – ermənilər 20,8% müsəlmanlar 79%, 1823-cü il – ermənilər 21,7% müsəlmanlar 78%, 1830-cu il – ermənilər 33% müsəlmanlar 66,6%) 19-cu əsrin ikinci yarısını müqayisə edərkən (1889-cu il – ermənilər 45,5% müsəlmanlar 54%, 1897-ci il — 41,5% müsəlmanlar 57%, 1904-cü il – ermənilər 41,6% müsəlmanlar 57%, 1914-cü il- 41% müsəlmanlar 55%) ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixi torpağı olan Qarabağın bütün ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. 1918-ci ildə milliyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Daşnaksütyun partiyasının nümayəndələri tərəfindən ilk dəfə olaraq "Dağlıq Qarabağ" termini tətbiq olunaraq Qarabağa iddia irəli sürdü. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını, müsəlmanların payı 70–75%-ə çatan Qarabağın qalan hissəsindən ayırmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Beləliklə, Qarabağ, xüsusən də onun dağlıq hissəsi uğrunda Azərbaycan və Ermənistan arasında mübarizə getdi. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X. Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S. Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi.1918–1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. "Dinc müsəlman əhali amansızcasına qətl edilir və bir çox kəndlər yandırılır", – deyə 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Yusifbəyli Cənubi Qafqazda Qərb dövlətlərinin komandanlığına məlumat göndərib. 1920-ci ilin mart ayına qədər yalnız Zəngəzurda 40-a qədər müsəlman kəndi məhv edilmiş, 60.000 müsəlman qaçqın düşmüşdü. Qarabağın başqa rayonlarından, məsələn, Cavanşir qəzasından da türk əhalisinin kütləvi köçü baş verirdi. Dağlıq Qarabağda və Qərbi Zəngəzurda on minlərlə müsəlmanın qovulması və əllidən çox müsəlman kəndinin məhv edilməsi yolu ilə ermənilərin say çoxluğu təmin edildi. Bu, Qərbi Zəngəzurun Sovet Ermənistanına verilməsi (1920) və Dağlıq Qarabağda erməni muxtariyyətinin (1924) yaranması üçün əsas oldu. 1920-ci il martın 22-də Şuşada ermənilərin qiyamı baş verdi. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz idarəçilik hüququnu bərpa etdi.

1920–1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi.

Qarabağ üçüncü Respublika dövründə

Qarabağ müharibəsi

1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.

Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişlər.