Andlı iclasçı və ya jüri — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir.

Azərbaycanda

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxs idi.

Andlı İclasçılar Kolleqiyası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum idi.

2014-cü ildə Milli Məclisin qərarı ilə ləğv edilib. 2015-ci ildə Azərbaycan Prezidenti bu barədə müvafiq fərman imzalayıb.

Həmçinin bax

Müdafiəçi (hüquq) Arbitraj (hüquq)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hüquqşünaslıq Kateqoriya:Prosessual hüquq Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Hüquq tarixi