Səmədabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd Soveti yaradılmışdır.

Toponimikası 1918-ci ildə Milli qırğın zamanı Ermənistanın, Qədim İRƏVAN XANLIĞININ SƏRDARABAD MAHALININ ( HOKTANBERYAN - ОКТАНБЕРЯН) Ağca-arx(Arcaxda deyirlər), Kürəkən, Zeyvə, Kərimarx, Qarğabazar və Qarxun kəndlərindən didərgin düşmüş azərbaycanlı ailələr bir müddət Xoruzlu kəndində, sonralar Bərdə ətrafında yaşamış, əlavə olaraq 1948- çi ildə Göyçə mahalının kəndlərində də gələnlər var. 1992-93 ci illər Qarabağdan da məcburi köçkünlər gəlmisdir.1926-cı ildə isə Yevlax rayonu ərazisindəki Meşəli San oğlu Məhəmmədin yatağı adlı yerdə məskunlaşmışdılar. Kənd bolşevik Səmədağa Ağamalı oğlunun (1867-1930) adı ilə adlandırılmışdır. Memorial toponimdir.

Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.Aran bölgəsinə aiddir. Qazax - Bakı magistral yolunun yaxınlığında yerləşir.Kənd artezian quyularının suyundan istifadə edir. Əkinçilik və heyvandarlıqla məşğul olurlar, Bakı-Tiflis-Ceyhan neft boru xətti əkin sahələrinin ərazisindən keçir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yevlax rayonunun kəndləri Kateqoriya:Memorial toponimlər