Pirəbədil — Azərbaycan Respublikasının Şabran rayonunun Pirəbədil kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi Keçmişdə Pirəbədil kəndində tatlar və türklər məskunlaşmışdılar: XX əsrin əvvəllərində bu kənd qarışıq — türk–tat (Azərbaycan türkü–tat) icmalarına aid idi. Kənddəki bəylər türk (yəni Azərbaycan türkü), "sadə xalq" isə tatlardan ibarət idi.

13–22 aprel 2009-cu il Ümum–Azərbaycan əhali siyahıyaalınmasına əsasən Pirəbədil kənd inzibati ərazi dairəsində 887 nəfər yaşayır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şabran rayonu

Tədris Kənddə tam orta məktəb fəaliyyət göstərir. Məktəb 100 ildir ki, fəaliyyət göstərir. 1912-ci ildə Dəvəçibazar nahiyəsinin ziyalılarının gərgin fəaliyyəti nəticəsində Peterburqdan alınmış razılığa əsasən Dəvəçibazar, Pirəbədil və Kilvar kəndlərində beş illik təhsil verən rus–tatar məktəbləri açılmışdır. Bu məktəblərdə dünyəvi dərslər rus dilində, şəriət dərsləri isə ərəb dilində tədris olunmuşdur.

İnfrastruktur Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri