Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri